İqtisadi 09.12.2020 12:07

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən quruldu - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, 26 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulmasını yekunlaşdırıb.

Rakus.az xəbər verir ki, agentliyin məlumatına görə, yol IV texniki dərəcəyə uyğun (6 m hərəkət hissə, 2×2 m çiyin hissələr) yenidən qurulub.

Tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılıb, qazılmış hissələrinin doldurulub, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb. Bunun üçün müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Bunun ardınca 200 min kv.m sahəni əhatə edən 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 sm qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layı tikilib.

Bundan başqa tikinti norma və standartlarına uyğun olaraq, iri (7 sm) və xırda (5 sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Asfaltlanma işləri yolun 170 min kv.m-dən çox sahəsini əhatə edib.

Marşrut boyu 6 yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli uzunluğu 239 paqon-metr olan 30 ədəd dəmir-beton boru quraşdırılıb.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.

Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO