Hazırda əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur.
Rakus.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb, hərəkət intervalında gecikmələr var:
Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol
Ağa Neymətulla küçəsi
Akademik Həsən Əliyev küçəsi
Koroğlu Rəhimov küçəsi
Təbrik küçəsi
Ziya Bünyadov prospekti
Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi
Tbilisi prospekti