Sosial 03.05.2019 12:01

“DOST süfrəsi” açılacaq – NAZİRLİK

İslam dünyasının sevimli aylarından biri olan müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın 6-da “DOST süfrəsi” adlı yeni nəcib aksiyaya başlayır.

Rakus.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, aksiya bu müqəddəs ayın hər günündə həssas qruplardan olan bir qrup şəxsə iftar süfrəsi açmağı və onlarla iftar süfrəsini bölüşməyi nəzərdə tutur. Məqsəd Ramazan ayının yüksək dəyərlərindən biri kimi iftar süfrəsini bölüşməklə mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə töhfə verməkdir.

İlk “DOST süfrəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mayın 6-da bir qrup əlilliyi olan şəxs üçün iftar vaxtında təşkil ediləcək. Sonrakı günlər üçün isə nazirlik estafeti “DOST süfrəsi” aksiyasına qoşulmaq istəyində olanlara, onlar isə digərlərinə ötürəcək.

Aksiyanı davam etdirəcək qurumlar və ya şəxslər bu barədə facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşacaqlar.

Xatırladaq ki, bundan əvvəl nazirliyin Novruz bayramı ilə əlaqədar mart ayında təşkil etdiyi və Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edən “DOST xonçası” kampaniyası ilk gündən geniş miqyas aldı. Aksiyaya qoşulan 150-dən çox təşkilat və tanınmış şəxs tənha yaşayan insanları, xüsusilə ahıl vətəndaşları, həssas qruplardan olan digər vətəndaşları “DOST xonçası” ilə evlərində ziyarət edərək, onları sevindirib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO