Gündəm 18.12.2020 19:20

Gələn ilin qeyri-iş günləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə  2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Rakus.az xəbər verir ki, 2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8  mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

13,14 may – Ramazan  bayramı;

28 may – Respublika günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş  günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

20-21 iyul – Qurban bayramı;

8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;

9  noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü

31 dekabr – Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may tarixləri istirahət günləridir.

2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO