İqtisadi 03.05.2019 15:13

Barbekü Festivalı keçirildi - FOTO

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan gənclərin peşə bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədilə gənc aşpazlar arasında birinci BBQ (Barbekü) Festivalı keçirilib.

Layihə rəhbəri – Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının səfir aşpazı, Suriya Aşpaz cəmiyyətinin üzvü, Qərbi Afrika Aşpazlar Asosasiyasının fəxri uzvü İlkin Əkbərzadə.

Münsiflər heyətinin sədri – Usta aşpaz, Azərbaycanın fəxri turizm işçisi, Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının üzvü, Beynəlxalq kulinariya “De Comandant Chevaliers” Federasiyasının Azərbaycan filialının vitse-prezidenti Anar Qasımov.

Rakus.az xəbər verir ki, Festivalda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai iaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 3 nömrəli Sumqayıt Peşə Liseyi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” peşəsi üzrə təhsil alan tələbələrindən ibarət komandaları peşə bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə Bakı Şəhəri Xətai rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Tural Hüseynzadə, Müşfiq İbrahimov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova, AS ideya MMC-nin rəhbəri Aşura Hüseynova, fransız aşpazı Hardouin Atlan Jean Michel, İspaniya aşpazı Borja Ontanon Corro, Suriya aşpazı Bassel Abou Fakher, usta aşpaz Tahir Manafov, Milli Kulinariya Assosiasiyasının usta aşpazı Ağa Salamov və digər qonaqlar iştirak ediblər. İlk öncə tədbirin təşkilatçıları yarışın gedişatı haqqında tələbələri təlimatlandırıb, sonra komandalar arasında yarışmaya start verilib.

Tədbirin gedişində “SR Chemical” şirkəti tərəfindən mətbəx təmizləyici məhsullarının, “Şef Rəhman” şirniyyat şirkəti tərəfindən şirniyyatların, HİD ədviyyat və qida əlavələri şirkəti tərəfindən ədvaların təqdimatları olub və “Food port” ət şirkəti tərəfindən masterklas göstərilib.

Sonda münsiflər heyyəti tərəfindən komandaların hazırladıqları təamlar qiymətləndirilib və qaliblər müəyyən edilib.

1-ci BBQ (Barbekü) festivalı üzrə I yer Qəbələ Turizm və Otelçilik üzrə Peşə Təhsil Mərkəzi , II yer Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, III yerə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi layiq görülüb və qaliblərə sertifikat, kubok, medal, təşəkkürnamələr təqdim edilib.

Tərəfdaşlar: “SR Chemical”, “Food-Port” şirkəti, “Sun GrapHics”.

İnformasiya dəstəyi – Trend

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO