Sosial 03.05.2019 10:31

Bələdiyyələr HESABAT verdi - FOTO

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi.

Rakus.az xəbər verir ki, 2 may 2019-cu il tarixdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Tədbirdə Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri Kamran Bayramov və Cavid Osmanov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və respublika üzrə qəsəbə bələdiyyə sədrləri iştirak edib.

Tədbiri açıq elan edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov məruzə ilə çıxış edib. Bildirilib ki, ölkədə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarı ilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir. Bu baxımdan ölkə bələdiyyələri yaradılan əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini davam etdirirlər. Hümbət Hüseynov qeyd edib ki, hesabat dövrü ərzində “Yerli Demokratiya Həftəsi” və müxtəlif sosial layihələr çərçivəsində bələdiyyələr tərəfindən bir sıra işlər görülüb. Eyni zamanda, keçiriləcək tədbirlər və sakinlərlə görüşlər barədə əvvəlcədən müxtəlif internet resurslarında elanların yerləşdirilməsi, bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif çağırışçı şüarların asılması, keçirilmiş tədbirlərin kütləviliyini xeyli artırıb. Bu da bələdiyyə – vətəndaş əlaqələrinin möhkəmlənməsinə, bələdiyyələrin idarə olunmasında, bələdiyyə aktlarının qəbulunda vətəndaş iştirakçılığının yüksəlməsinə səbəb olub. Assosasiya sədri bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, DSMF-yə olan borclar, həmçinin ixtisaslı kadrların artırılması məsələlərinə də toxunub.

Sonra Assosiasiyanın nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib və müzakirələr başlayıb. Tədbirdə çıxış edən Naxçıvan MR Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri, Babək bələdiyyəsinin sədri Cabbar Cəlilov, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, İsmayıllı rayonu lahic Bələdiyyəsinin sədri Rövşən Əliyev, Xəzər rayonu Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli, Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin sədri Musa Musayev görülən işlər barədə məlumat verərək, BAMS proqramından istifadənin bələdiyyələrinin işinin yüngülləşdirilməsinə təsirindən bəhs ediblər və bu işdə onlara hər zaman dəstək olan Assosiasiyaya təşəkkürlərini bildiriblər.
Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin fəaliyyətində bir sıra uğurlar əldə edilməsinə baxmayaraq, bu sahədə bəzi çatışmazlıqların olduğunu bildirib.

Milli Məclisin deputatı Kamran Bayramov bələdiyyələrlə bağlı Prezident İlham Əliyev tərəfindən verilən Fərman və Sərəncamlar, həmçinin qanunvericilikdə aparılan dəyişikliklər barədə məlumat verib. Millət vəkili bildirib ki, qəbul edilən bütün bu sənədlər birbaşa bələdiyyələrin inkişafına yönəlib və onların fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir. O vurğulayıb ki, bələdiyyələrin görülən işlərlə bağlı geniş ictimaiyyəti məlumatlandırma məsələsində problemləri vardır.

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin fəaliyyətini müsbət dəyərləndirsə də, uçot işinin düzgün aparılmaması və vergi yığımı sahəsində çətinliklərin mövcudluğunu vurğulayaraq, bələdiyyə sədrlərini bu işdə məsuliyyətli davranmağa çağırıb.

Sonra iclasın qərarı oxunub, qərar layihəsi və nəzarət-təftiş komissiyasının hesabatı qəbul edilib.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2019-cu il büdcəsi təsdiqlənib.
Daha sonra bir sıra təşkilati məsələlər səsə qoyularaq qəbul olunub.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO