Sahil Babayev: “Yaşa görə pensiya 370 manata çatdırılacaq”
“Növbəti ildə yaşa görə pensiyanın məbləği 370 manat olacaq. Əlilliyə görə pensiyanın məbləği isə 337 manata çatdırılacaq”.
Rakus.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 27 növ xidmət elektron qaydada fəaliyyət göstərir.
Nazir saxta əlilliyin qarşısının alınmasından danışaraq bildirib ki, əhalinin sosial rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas hissələrindən biridir: “Sosial siyasət hökumətin siyasətinin ana xəttini təşkil edir. 2020-ci ildə saxta əlillik təyinatının qarşısının alınması ilə dövlət büdcəsindən transfertin həcmi 250 milyon manat azaldılıb”.