Elm və təhsil 03.05.2019 19:20

DİM və Baş Prokurorluq məlumat yaydı

Dövlət İmtahan Mərkəzi (DİM) və Baş Prokurorluq qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyən şəxslərlə bağlı məlumat yayıb.

Rakus.az xəbər verir ki, DİM və Baş Prokurorluğun mətbuat xidmətlərindən  verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır.

Lakin təəssüflər olsun ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir.

Belə ki, Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınmışdır.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ayrı-ayrı hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunmuş qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınmışdır.

Habelə müəyyən olunmuşdur ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəlmişlər.

Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı hər iki qurum tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO