İqtisadi 07.01.2021 13:23

Nazir: “Yeni xəritələr çəkildi”

“2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən aparılıb”.

Rakus.az xəbər verir ki, bu sözləri Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

İnam Kərimovun sözlərinə görə, bugünədək elektron kənd təsərrüfatı sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib:

“Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə üç min fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin, 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. Keçən il 3400-dən çox fermerə mikrokreditlər verilib.

Fermerlərin təbii fəlakətdən və digər risklərdən qorunması üçün aqrar sığorta sistemi formalaşdırılıb. Ötən ilin noyabrından heyvandarlıq və bitkiçilik sahəsi üzrə sığorta məhsulu fermerlərə təqdim edilib.

Su məsələləri komissiyasının koordinasiyası ilə fermerlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə tədbirlər davam etdirilib. “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə mövcud suyun ədalətli və vaxtında bölüşdürülməsi üçün 57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib edilib və nazirlik tərəfindən dərc olunub. Hazırda payızlıq əkinlərin su tələbatının formalaşdırılması üzrə işlər davam etdirilir.

İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq, işlərə artıq başlanılıb. Nazirlik “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələşməsini aparıb.

Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb.

Möhtərəm cənab Prezident, bu il Sizin aqrar sahədə həyata keçirdiyiniz islahatlardan bəhrələnərək nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək. Sizi əmin edirik ki, bu sahədə qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi göstərəcəyik”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO