İqtisadi 07.01.2021 13:40

Sahil Babayev müavinət və təqaüdlərin artırılması ilə bağlı danışdı

“Möhtərəm cənab Prezident, 2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Sizin müvafiq Sərəncamınızla 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artdı. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artdı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşımızı əhatə etdi”.

Rakus.az xəbər verir ki, bunu yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyub:

“Ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilmişdir. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilmişdir. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatmışdır.

Sizin tapşırıqlarınıza uyğun olaraq, bütün sosial ödənişlərin həyata keçirilməsində avtomatlaşdırma, elektronlaşdırma tədbirləri görülür, vətəndaş-məmur təması minimuma endirilir və bunun nəticəsində 2020-ci ildə artıq həm müavinət və təqaüd, həm də pensiyalar üzrə 95 min təyinat məhz elektron portal üzərindən hər hansı bir təmas olmadan həyata keçirilmişdir.

Eyni zamanda, əsassız pensiya işlərinin, əsassız və saxta əlillik işlərinin və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat qənaət əldə edilmişdir. Digər tərəfdən, yığımların artması nəticəsində il ərzində 160 milyon manatlıq qənaət əldə olunmuşdur və ümumi məbləğin 250 milyon manatı dövlət büdcəsinə ödənmiş, 35 milyon manatı isə Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilib”.

“Cənab Prezident, qeyd edim ki, ümumilikdə son iki il ərzində əhaliyə ödənişlərin 1 milyard manat artmasına baxmayaraq, dövlət büdcəsindən transfertin məbləği azalmış və ümumilikdə 570 milyon manat vəsait dövlət büdcəsinə qaytarılmışdır.

Siz qeyd etdiyiniz kimi, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanmışdır və Sizin Sərəncamınızla dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılmışdır.

Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb və Sizin Sərəncamınızla yeni bir təqaüd – Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir.

Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir. Burada müxtəlif kiçik məbləğli müavinətlər və pensiya əlavələri vahid təqaüd məbləğində birləşdirilmiş və məbləğlər artırılmaqla bu rəqəmlər təsdiqlənib”, – nazir əlavə edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO