Təhlil 06.01.2021 22:00

Paşinyanın məqaləsi: etiraflar, ermənilərə ismarışlar – TƏHLİL - FOTO

Ermənistanda mövcud ağır ictimai-siyasi, sosial və mədəni vəziyyət cəmiyyətdə çaşqınlıq yaradıb. Uzun illərdir ermənilərə (Ermənistan əhalisi monoetnik olduğu üçün belə ifadə etmək daha düz olar) verilən vədlər, yalanlar indi üzə çıxır. Bir çox mətləblər kimi 44 günlük döyüşlər bu məsələlərə də aydınlıq gətirdi. Məlum oldu ki, Azərbaycan torpaqlarına son 30 ildə qanunsuz olaraq yüzlərlə erməni ailələri köçürülüb. Həmin yerlərin adları da erməniləşdirilib. Azərbaycan torpaqlarını hərb yolu ilə azad etməyə məcbur qaldıqda Ermənistanın işğal etdiyi ərazilərdən qanunsuz məskunlaşdırılmış ermənilərin çıxması məsələsi də gündəliyə gəldi. Onlar həmin torpaqlarda sanki ermənilərin imiş kimi arxayın yaşayıblar. Ermənistan hakimiyyəti və bu etnosdan Cənub Qafqazda öz məqsədi üçün istifadə edənlər 30 ilə yaxındır Qarabağı, ətraf rayonları öz torpaqları imiş kimi ermənilərə vermişdilər. Orada bir-birini əvəzləyən terrorçu-separatçı rejimlər də özlərini Azərbaycan torpaqlarının sahibi kimi aparıblar.

Ötən illər ərzində Azərbaycan tərəfi beynəlxalq vasitəçilərin torpaqların işğaldan danışıqlar yolu ilə azad ediləcəyinə ümid bəslədi. Ancaq həmin müddətdə separatçılar, Ermənistanda dəyişən hakimiyyətlər Qarabağda daha da azğınlaşdı. Rəsmi Yerevan təmsilçiləri Xankəndinə gəlib torpağın yiyəsi kimi davrandı, Azərbaycan vətəndaşı olan ermənilərdə, qanunsuz məskunlaşdırdığı bu etnosun nümayəndələrində azərbaycanlılara, Türkiyəyə qarşı nifrət hissini gücləndirməyə başladılar.

Döyüşlərdən əvvəl ermənilər Qarabağı artıq özlərinki saymağa başlamışdı. Ermənilər elə zənn edirmiş ki, bu torpaqlarda onlar əbədi oturacaqlar. Bir sıra gerçəkliklər 6 həftəlik döyüşlərdə öz yerini tapdı. Azərbaycan torpaqlarını özlərinki saydıqlarına görə aldıqları zərbədən indi ayılmağa başlayıblar. Döyüşdə məğlubiyyət, minlərlə gənc erməninin itkisi, Qarabağdan qovulmalarından indi də məyus olublar. Ancaq bütün bunlarsız da mümkün idi. Çox maraqlı və təəccüblüdür, ermənilər işğal etdikləri torpaqlardan çıxarıldıqları üçün niyə məyusdur? Niyə bütün günahları indiki hökumət başçısı Nikol Paşinyan və komandasında görürlər? Döyüşlərsiz və itkisiz keçinmək olardı? Ermənilər niyə Azərbaycan torpaqlarını dinc yolla tərk etmək istəmirdi? Ermənistan niyə bu günə düşdü? Ermənilər bu kimi suallara cavab tapıb ötən hadisələrdən nəticə çıxarmaq əvəzinə yenə yanlış istiqamətə yönləndirilirlər.

Bu gün hakimiyyət uğrunda mübarizə aparan Vazgen Manukyan və ətrafındakı Robert Koçaryan, Serj Sarqsyanın adamları məsələnin mahiyyətini buraxıb Nikolun istefasını, hətta onun Ermənistanı tərk etməsini tələb edirlər. Manukyan, Koçaryan, Sarqsyan və onların himayədarları sayəsində Ermənistan və ermənilər bugünkü ağır böhranlı vəziyyətə düşüb. Bunlar Azərbaycan torpaqlarının işğalının, Xocalı soyqırımı kimi faciənin, minlərlə insanın qaçqın vəziyyətinə düşməsinin, azərbaycanlılara verilən çoxsaylı zülm və işgəncələrin müəllifləridir. Bu qüvvələr münaqişənin 1997-ci ildə dinc yolla həllinə mane oldular. Onlar Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyanın istefasına nail olmaqla ölkədə indiki vəziyyətin yaranmasına zəmin hazırladılar.

Levon Ter-Petrosian

Levon Ter-Petrosian

Ermənilərin ötən illərdə atdıqları səhvləri Nikol Paşinyan yanvarın 4-də “44 günlük müharibənin kökləri” başlıqlı məqaləsində yazıb. O, məqaləsində 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlamasının səbəblərini açıqlayaraq mühakimə edib. Paşinyan məqaləsində Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yoldan bəhs edərək hazırkı uğrusuzluqların əsas səbəbkarlarının Koçaryan-Sarqsyan cütlüyü olduğunu göstərir. Onun fikirləriindən belə qənaətə gəlmək olur ki, uzun illər danışıqların imitasiyası yalnız zamanın uzadılmasına xidmət edib, Ermənistan istəyinə doğru bir addım belə irəliləməyi bacarmayıb, Azərbaycan isə əksinə, diplomatik cəbhədə, danışıqlar prosesində, informasiya müharibəsində, iqtisadi və hərbi güc kontekstində böyük uğurlar əldə edib.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın düzgün, məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur. Paşinyan etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib. Ermənistanın baş naziri münaqişənin tənzimlənməsi ilə əlaqədar müxtəlif formatlarda aparılmış danışıqlarda guya Ermənistan diplomatiyasının “mühüm uğurlar” əldə etməsi barədə erməni cəmiyyətində illərlə formalaşdırılmış fikrin əslində illüziya, mif olduğunu vurğulayıb. Məqalədə Azərbaycanın bölgədəki prosesləri diqqətlə izlədiyi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalandığı bildirilir.

İlham Əliyev

İlham Əliyev

Paşinyan keçmiş prezident Serj Sarqsyanın hələ 2011-ci ildə 7 rayonu Azərbaycana qaytarmağa razı olduğunu xatırladır, ancaq Dağlıq Qarabağa status verilməməsi ilə bağlı Azərbaycan qətiyyətli mövqe tutduğuna görə Kazan formulunun baş tutmadığını bildirir. Hökumət başçısı ona hücuma keçənlərə xatırladır ki, ona böyük uğursuzluqlar miras qalıb. Açıq mətnlə etiraf edir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib. Paşinyan Ermənistan cəmiyyətinə hələ 1996-cı ildəki Lissabon sammitində Heydər Əliyevin Ermənistanı necə çıxılmaz vəziyyətə saldığını xatırladır, bu sammiti Ermənistanın dünyada tək qalmasının əyani nümunəsi kimi misal çəkir. O, daha sonra Azərbaycanın ardıcıl səyləri ilə Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasının tarixçəsinə ekskurs edir, hətta Rusiyanın son illərdəki təkliflərində də status məsələsindən bəhs olunmadığını yazır. Paşinyan 2016-cı ilin Aprel döyüşlərində də Ermənistanın uğursuzluğunu etiraf edir. O yazır ki, Aprel hadisələri 80-ci illərin silahları ilə döyüşün dövrünün bitdiyini göstərdi.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etdiyini, ancaq hər şeyin artıq gec olduğunu bildirir. O, 2020-ci ilin “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edərək bundan ürəkləndiklərini dilə gətirir, ancaq Azərbaycanın güc və imkanlarını düzgün hesablamadıqlarını da etiraf edir.

Nikol Paşinyan

Nikol Paşinyan

Paşinyan sentyabrdakı müharibə qərarını təkbaşına vermədiyini, məsələnin Ermənistan hakimiyyətində geniş müzakirə olunduğunu, onun kollektiv şəkildə qəbul edildiyini bildirməklə məsuliyyətdən də boyun qaçırmağa çalışır. Etiraf etdiyinə görə, Ermənistan əraziləri 1997, 2004, 2011 və nəhayət 2016-cı ildə də qaytara bilərmiş. Ancaq bu yerdə, o, özü-özünə sual verir: “Hətta bunu 2020-ci ildə də etmək olardı. Ancaq müharibəni uduzacağımıza özümüzü hansı arqumentlə inandıra bilərdik?”

Məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Ancaq Paşinyan bu amillərin gələcəyə realist baxışda nəzərə alınmasını istəməklə bir növ öz cəmiyyətini nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır.

2018-ci ilin aprelində Yerevanda hakimiyyət dəyişikliyindən sonra Ermənistan cəmiyyətinin yenilənəcəyi, mövcud vəziyyətə daha real baxacağı, Cənubi Qafqazda regional əməkdaşlığa meyillənəcəyinə, işğal altında saxladığı Azərbaycan torpaqlarından döyüşsüz çıxacağına ümid edilirdi. Ancaq ötən müddətdə baş verən hadisələr, o cümlədən 44 günlük döyüşlərdən sonra Ermənistanda müxalifət sayılan qüvvənin çıxışı, tələb və mövqeyi bu cəmiyyətin dəyişmək istəmədiyini ehtimal etməyə əsas verir. Görünür, Nikol Paşinyan da etiraf dolu bu məqaləsi ilə erməni cəmiyyətini dəyişməyə çağırır. Ancaq bu topluma uzun illərdir yedizdirilən yalanlara bir məqalə ilə təsir etmək olacaqmı?…

Sədrəddin Soltan – (Report)

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO