…Həqiqi vətənpərvər olmaq mümkünsüzdür – Nəsiman Yaqublu
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin baş müəllimi, tarix elmləri namizədi Nəsiman Yaqublu ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı onun dəyərli fikirlərindən yazıb.
“Nədir vətənpərvərlik?
Ə.Ağaoğlu: “Əlbəttə. Vətənpərvərlik heç də mücərrət bir hiss deyildir. Əslində ən ibtidai insan belə doğulduğu və göz açıb böyüdüyü yeri sevər; çünki ona bir çox xatirələrlə, ənənələrlə, duyğularla bağlıdır. Lakin o şəxsi vətən və vətəndaşlar uğrunda fədakarlıqlara yönəltmək üçün bu ibtidai hiss kafi deyildir. İbtidai hissin bu dərəcəyə çatması üçün gərək Vətən o fərdin bir çox mənəvi və maddi zövqlərini təmin etsin. Burada, azadlıq, şərəf, can, mal və vicdan əmniyyəti, bilik və mədəniyyət kimi yüksək mənəvi və maddi rifah və səadət şərtdir. Yoxsa bəhs etdiyimiz hiss ibtidai bir səviyyədə qalar və kiçik bir sədəməyə də tab gətirməz”. “Mən Nəyəm” məqalələr toplusu, İstanbul, 1939-cu il.
P.S. Bu şəxsiyyətləri oxumadan və öyrənmədən həqiqi vətənpərvər olmaq mümkünsüz!!!