BÜRCLƏR – 5 may
Qoç – Xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə – nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir.
Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür.
Buğa – Başqalarının bacara bilmədikləri işlərin öhdəsindən siz daha asanlıqla gəlirsiniz. Öz gücünüzə inanırsınız, bunun da səbəbi var: uğurun yolunu tapmısınız və inamla məqsədinizə doğru irəliləyirsiniz. Çətin ki, kimsə qarşınıza çıxmaq istəsin: aydındır ki, istənilən adamı asanlıqla kənara itələyə bilərsiniz. Yetər ki, buna istəyiniz olsun. Çoxdankı bir düşməninizi əzə bilərsiniz.
Ziyafətlərə getmək, yeni tanışlar tapmaq, sizin üçün maraqlı adamlarla ünsiyyət məsləhətlidir. Bu gün başlanan eşq macərası sizə xeyli xoş emosiya bəxş edəcək. Aşiq Buğalar sevdiklərindən xoş sürpriz ala bilərlər.
Əkizlər – Hər şey öz yolunda gedir. Bu, sizi qane edir. Rəhbərliklə müəyyən fikir ayrılıqları mümkündür, ancaq günortaya doğru hamı sizin fikirlərinizin daha doğru olduğunu qəbul edəcək. Alış-veriş, biznesə yatırımlar, uzunmüddətli investisiyalar üçün uğurlu gündür: pulları “işləməyə” məcbur etmək sizdə yaxşı alınır.
Yaxınlarınızla hər zaman ümumi dil tapa bilmirsiniz. Amma ciddi münaqişələr də yaranmır. Sadəcə olaraq, müəyyən məqamlarda hər kəs öz fikrində qalır.
Xərçəng – Sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.
Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.
Şir – Bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik, müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox Şirlər başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqlar.
Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.
Qız – Mürəkkəb və yorucu gündür. Bütün problemlərin öhdəsindən müstəqil surətdə gələcəyinizə əmin olmayın. O qədər də xoşlamadığınız insanlara kömək üçün müraciət edəsi olacaqsınız. Bundan başqa, gizli saxladığınız bir məlumat da yayıla bilər.
Əzizlərinizlə ciddi fikir ayrılığı mümkündür. Ən xırda məsələlər barədə də razılığa gəlmək çətindir. Tez, ya da gec bütün problemlərin həllini tapa biləcəksiniz. Amma buna qədər xeyli həyəcan keçirməli olacaqsınız.
Tərəzi – Öz hərəkətlərinizi və onların nəticələrini analiz etmək, ümumi nəticələr çıxarmaq, eyni zamanda gələcək üçün plan qurmaq vaxtıdır. Bu gün ətrafınızdakıların sizə verdikləri vədlərə inanmayın. Öz sözlərinizdə də diqqətli olun.
Yeni tanışlıqlarda ehtiyatlılıq göstərməyiniz vacibdir: bu gün məhz sizə lazım olmayan insanlar sizinlə tanış olmağa can atacaqlar. Sevgililər savaşa bilərlər. Bir çox Tərəzilər bu gün xüsusilə qısqancdırlar, hər şeyə şübhə ilə yanaşırlar. Axşama doğru emosional fon sabitləşir, şərait yaxşılaşır.
Əqrəb – Çox mürəkkəb gündür. Gərəksiz və xoşagəlməz işlər vaxtınızı alsa da, onlardan yaxa qurtarmaq çətin olacaq. Dişinizi qıcayaraq dözüm və inad nümayiş etdirməyə, ətrafdakıların sizdən gözlədikləri nəticələri göstərməyə qadirsiniz. Amma bu, əhvalınızı qaldırmayacaq.
Şəraiti dəyişmək, özünüzü nə iləsə sevindirmək pis olmazdı. Çox işləməyin, gərginlik orqanizminiz üçün təhlükəli ola bilər. Yaxınlarınız sizi dəstəkləməyə çalışacaqlar. Lakin onların hər cəhdi lazımi nəticəni verməyə bilər.
Oxatan – Çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər.
Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.
Oğlaq – Əgər gün ərzində işgüzar və enerjili olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Amma bir an da olsun, tənbəlləşmək olmaz. Yoxsa zəhmətinizin bəhrəsini bir başqası dadar. Gün maraqlı söhbətlər, vacib bir məlumatın alınması ilə əlamətdar olacaq.
Bir çox Oğlaqlar sevgililərilə münasibətlərinə yenidən baxacaqlar. Ümumi götürəndə hadisələrin inkişafı sizin planlarınıza uyğundur. Hansısa böyük bir qüvvənin təzyiqinə məruz qalmırsınız.
Dolça – Tələsməyin, səliqəli və düşüncəli olun. İşlərinizi qaydaya sala, yığılıb qalan problemlərinizi həll edə, bədxahlarınızla mübarizədən qalib çıxa bilərsiniz. Özünüzə qarşı tələbkar, ətrafınızdakılara qarşı mərhəmətli olun: bu, hətta düşmənlərinizlə də əla münasibət qurmağınıza imkan yaradacaq.
Yaxınlarınızla mürəkkəb və vacib məsələləri müzakirə etməyə çalışmayın: ümumi fikrə gəlmək asan olmayacaq, əvəzində mübahisə edəcəksiniz. Tənqidi rəyləri ürəyinizə salırsınız.
Balıqlar – Xoş və məhsuldar gündür. Həyatınızı yaxşıya doğru dəyişə bilərsiniz. Bir qədər səy göstərin, ağılınızı işlədin – o zaman hadisələrin gedişi sizin üçün uğurlu olacaq. Yaradıcı və tədqiqat işləri, müxtəlif eksperimentlər üçün uğurlu gündür.
Son vaxtlar sizi narahat edən suallara cavab tapırsınız və bunlar ürəyinizcə olur. Bir çox Balıqların yeni istedad və bacarıqları üzə çıxır. Eşqə düşə, özünüzə yeni dost tapa bilərsiniz. (Milli.Az)