Tokio Olimpiadası ləğv olunmayacaq
Beynəlxalq Olimpiya Komitəsi Tokioda keçiriləcək Olimpiya Oyunlarını ləğv etməkdən imtina edib.
Rakus.az xəbər verir ki, bu barədə komitənin üzvü Riçard Paund bildirib.
Onun sözlərinə görə, yarış mütləq bu il keçirilməlidir. Oyunların yenidən təxirə salınması isə ciddi çətinliklər yarada bilər.
R.Paund qeyd edib ki, əgər koronovirusla bağlı vəziyyət ağır olarsa, Olimpiadanın tamaşaçısız keçirilməsi mümkündür. O, əlavə edib ki, yarışları tamaşaçılarla keçirmək daha maraqlıdır, lakin mütləq deyil.
Aparılan sorğulara görə, Yaponiya sakinlərinin 80 faizi Olimpiadanın yenidən təxirə salınması və ya ümumiyyətlə ləğvini istəyir. Oyunların təşkilat komitəsinin sədri Haruyuki Takası isə bildirib ki, tədbirin tamamən ləğvi ölkə və dünya iqtisadiyyatına ağır zərbə vura bilər.