Gündəm 28.03.2021 17:00

Təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi ilə bağlı tədbirlər keçirilib - VİDEO

Ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncama əsasən hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar.

Bu barədə DTX-nin saytı məlumat yayıb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Həmçinin Azərbaycan dövlətçiliyinin qorunması və torpaqlarının azadlığı naminə mübarizədə həlak olan milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi hörmətlə anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai və Suraxanı rayon idarələrinin (Rİ) yeni inzibati binalarının təntənəli açılışı olub.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, qeyd olunan rayon idarələrinin şəxsi heyətləri, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirak ediblər.

Müasir standartlara və üsluba uyğun inşa edilən yeni tikililərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildikdən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxıblar. Daha sonra tədbir iştirakçıları binaların otaqları və əməliyyatçılar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

General-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı rayon idarələrinin yeni inzibati binalarının istifadəyə verilməsinə, ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün davamlı olaraq yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı Rİ-nin şəxsi heyətinə tövsiyə və tapşırıqlarını verib, əməkdaşları bir daha təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO