Müsahibə 29.03.2021 12:34

Baş allerqoloqdan peyvəndə bağlı vacib MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə baş allerqoloqu Lalə Allahverdiyeva allergik xəstələrin COVID-19 xəstəliyinə yoluxma zamanı baş verə biləcək ağırlaşmalarından və peyvəndlənmənin hansı hallarda aparıla biləcəyi məsələsinə aydınlıq gətirib.

Rakus.az müsahibəni təqdim edir:

– COVID-19 allergiyadan əziyyət çəkən xəstələrə necə təsir edir?

– Dünya üzrə aparılmış son tədqiqatların nəticələri göstərdi ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr COVID-19-un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər. Əldə olan məlumatlara görə, koronavirus infeksiyası COVID-19 üçün risk qrupunda olan ağır dərəcəli, nəzarət olunmayan bronxial astma istisna olmaqla, digər allergik xəstəliklərin gedişini ağırlaşdırmır. SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər. Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma COVID-19 ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar, bu da xəstəliyi nəzarətə almağa və ağırlaşmalardan qaçmağa imkan verər.

– Allergiyadan əziyyət çəkən xəstələr koronavirus üçün risk qrupuna aiddirmi?

Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyildirlər, ona görə ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və COVID-19-un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər. Virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər. Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində idi, lakin koronavirus infeksiyasına yoluxdu. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb oldu. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik.

– COVID-19 xəstəliyinin əlamətləri ilə allergiya əlamətləri bir-birindən necə fərqlənir?

– Respirator allergiyanın (atopik bronxial astma, allergik rinit, pollinoz) və koronavirus infeksiyasının simptomları həqiqətən də çox oxşardır. Bu simptomlara tənəffüsün çətinləşməsi, təngnəfəslik, öskürək, rinoreya, asqırma, burun və boğazda qaşınma, qıcıqlanma, gözlərdə qaşınma aiddir. Əgər bu simptomlara yüksək hərarət, başağrısı və boğazda ağrı, ümumi halsızlıq və mialgiya, quru öskürək, iy və dadbilmənin itirilməsi də qoşularsa, onda mütləq həkimə müraciət etmək və COVID-19-a görə müayinədən keçmək lazımdır.

– Allergiyadan əziyyət çəkən insanların istifadə etdikləri antihistamin preparatları immun sistemini zəiflədə bilərmi?

– Antihistamin preparatlar allergik xəstəlikləri olan xəstələrin immun sistemini heç bir şəkildə zəiflədə bilməz. Koronavirus infeksiyasının və COVID-19 pnevmoniyasının müalicəsində antiviral preparatlar, antibiotiklər, antikoaqulyantlar, hormonlar, vitaminlər istifadə olunur. Bütün bu preparatlar, allergiyası olan xəstələrdə koronavirus infeksiyası zamanı toksikodermiya və ya övrə şəklində təzahür edən dərman allergiyasına səbəb ola bilər. Belə xəstələrə eyni zamanda çox sayda dərmanları ehtiyatla təyin etmək lazımdır. Bu, xüsusilə də antibiotik və vitaminlərə aiddir.

– Ən çox verilən suallardan biri: allergiyası olan insanlar COVID-19 peyvəndi vurdura bilərmi?

– Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə peyvəndləmə üçün əks göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır. Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır. Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil. Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO