Təhlil 31.03.2021 19:00

Mart soyqırımı – canilərin şirnikləndirilən davamçıları – TƏHLİL - FOTO

Birinci Dünya müharibəsi illərində erməni etnik qrupu təmsilçilərinin fəaliyyəti bunu təsdiqləyir. Onlar Osmanlı dövlətini işğal və parçalamaq istəyən xarici qüvvələrin maraqlarından çıxış edərək təbəəsi olduğu imperiyaya qarşı silahlı qiyama qalxıb. Çar Rusiyası zamanında yerli canişinlər və qubernatorlarla birlikdə Azərbaycan türklərinə qarşı fəaliyyət göstəriblər. Bu imperiya dağıldıqdan sonra bolşeviklərlə birlikdə Azərbaycanda soyqırım törədiblər.

Bu gün Azərbaycan ictimaiyyəti 31 mart soyqırımı qurbanlarının xatirəsini fərqli şəraitdə anır.

103 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhəri və quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və Azərbaycanın başqa ərazilərində Bakı Soveti və “Daşnaksütyun” təşkilatından olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Rəsmi mənbələrə əsasən, mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb. Salyan, Nəvahı, Lənkəran, Kürdəmir kimi rayonlarda qırğınlar törədilsə də, öldürülən insanların sayı bilinmir. Erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərib. Onlar Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə ediblər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı “inqilabi” orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilməmişdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılıb. Bu faktı erməni müəlliflərinin özləri də etiraf etmişdi. Suren Şaumyan o vaxt yazıb: “Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu Erməni Milli Şurasına tabe idi”.

Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən İnqilabi Müdafiə Komitəsi yaradılıb . P.Caparidze, Q.Korqanov, İ.Suхartsev (sol eser), Stepan Şaumyan komitənin tərkibində idilər. Bolşeviklər və daşnaklar birləşərək Bakıda yeni hakimiyyət qurmuşdu. Bununla da onlar Bakını azərbaycanlılardan təmizləməyi hədəfləmişdi. Nuru Paşanın başçılıq etdiyi Osmanlı dövlətinin türk-islam ordusu bolşevik-daşnak hakimiyyətinə son qoydu. Azərbaycan və onun paytaxtı Bakı bu yadellilərdən, onların zülmündən qurtuldu.

Mart soyqırımından 72 il sonra 20 Yanvar, 74 il sonra isə Xocalı soyqırımı törədilib. Hər iki halda ermənilərə həmin maraqlar və qüvvələr yardım ediblər. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib. Əhalisi öz torpaqlarından qaçqın düşüb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1 275 nəfər əsir götürülüb. Əsir götürülən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni qüvvələri tərəfindən yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdi. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdu. Onda Moskva bəyan etdi ki, qoşunu Bakıya erməniləri “müdafiə etmək məqsədii lə” yeridib. 1918-ci ildəki bolşevik-daşnak birləşməsi ilə 1990-cı ilin yanvarındakı Moskva-erməni ittifaqı, 1992-ci ildə Xocalıda 366-cı sülhməramlı motoatcı alayın mahiyyət və azərbaycanlılara münasibətinin heç bir fərqi yox idi.

Bu soyqırımı təkcə Azərbaycanın şimalında törədilməyib. 1917-1918-ci illərdə Cənubi Azərbaycanda da ermənilər və aysorlardan ibarət silahlı birləşmələr yerli azərbaycanlılara qarşı soyqırım törədiblər. Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən aysorlar da bu hadisələrdə ermənilər tərəfdən çıxış etmişdilər. Aysorlara yerli türklər Cilo deyirdilər. Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. ABŞ-ın Urmiyadakı nümayəndəsi Şedin təşəbbüsü və zəmanəti ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci il martın 17-də İlaxır çərşənbə günü erməni-daşnak və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdilər. Xalq arasında “Urmi bəlası” kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır. Bu cinayətlər təkcə Urmiyada törədilməyib, Salmas, Xoy, Maku, Dilməqandakı Azərbaycan türkləri soyqırıma məruz qalmışlar. 1918-ci ilin iyununda Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınıb. Osmanlı qoşununun yaxınlaşdığı xəbərini eşidən erməni qoşunları Cənubi Azərbaycandan çıxmaq üçün geri çəkilməyə başlayıb. Geri çəkilərkən yolüstü bütün şəhər və kəndlər yandırıblar. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı 200 minə yaxın Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir.

Qısaca olaraq xatırladığımız bu qanlı hadisələr nəticəsində ermənilər həmin havadarları və sponsorlarının yardımı ilə Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı 7 rayonu işğal altında saxlayırdı. Başqa sözlə, ermənilər Cənubi Qafqaza köçürüləndən 100 il sonra azərbaycanlılara qarşı düşmənçiliyi 190 il sonra da davam etdiriblər. Ancaq 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi ermənilərin və erməniliyin Azərbaycana qarşı artan iştəhasını darmadağın etdi. Azərbaycan Ordusu onlara 103 ildən sonra daha tutarlı cavab verdi. Bu cavab Anadoluda, Güney Azərbaycanda, Şimali Azərbaycanda, Özbəkistanda, Cənubi Qafqazda ermənilərin və havadarlaının törətdikləri soyqırımlara cavab, o hadisələrin qurbanlarının qisası idi. Ermənistan və sponsorları İkinci Qarabağ müharibəsindən sonra hələ də ortaq mövqeyə gələ bilməyib. Çünki onlar da 103 il əvvəlki düşüncə və mövqedə qalıb. Kin, hikkə və nifrət onları real vəziyyəti dəyərləndirməyə mane olur. 200 illik erməni təbliğatı artıq bumeranq effekti verir. Ermənilərin türklərə qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi Ermənistanın inkişafına və Cənubi Qafqazda inteqrasiyaya, təhlükəsizliyə mane olur. Ermənilik ideologiyası əsasında yaradılan və mövcud olmağa çalışan Ermənistan çağdaş dünyanın tələbləri ilə ayaqlaşmır. Bu etnik qrup Cənubi Qafqazın barıt çəlləyidir. O, bölgədəki maraqları təhdid edir. 44 günlük döyüşlər Ermənistanın pis niyyətini aşkarladı və hədəflərini yox etdi.

Mart soyqırımı bütün insanlığın nəticə çıxaracağı hadisədir. Onu törədənlər vaxtında cəzalansaydı, İkinci Dünya müharibəsində Holokost, SSRİ dağılan zaman Xocalı və başqa soyqırımların baş verməsinə imkan verilməzdi. Mart soyqırımı dünyada insanlıq üçün başqa cinayətlərin törədilməsinə təkan verib. Təəssüf ki, o vaxtkı canilərin əməllərini davam etdirənlərin başları hələ də sığallanır…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO