FIDE reytinqi açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Rakus.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2 765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.
Qədir Hüseynov (2665) bir pillə geriləyərək 73-cü olub. 72-cı sırada olan Nicat Abbasov (2664) 3 pillə irəliləyib. Rauf Məmmədovun (2654) isə mövqeyində dəyişiklik olmayıb – 90.
Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə irəliləyərək 2443 xalla 28-cidir. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 78-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.