Mətbuat 07.04.2021 11:19

“Molla Nəsrəddin”in ilk sayının çapından 115 il keçir

Bu gün Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in ilk sayının işıq üzü görməsindən 115 il ötür.
Rakus.az xəbər verir ki, Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Tbilisidə “Qeyrət” mətbəəsində çap olunub.

Böyük ədibin yazdıqlarına görə, “jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı bir günün ərzində günortayadək Tiflis şəhərində satılmışdı”.

Azərbaycandilli həftəlik jurnalın 340 nömrəlik Tbilisi dövrü 1906-1918-ci illəri əhatə edir. Mətbu orqanın birinci nömrəsi “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı və üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdən oyatmağa çalışan Molla Nəsrəddinin təsviri yer alıb. İlk sayın bütün karikaturları alman rəssam Oskar Şmerlinqə məxsusdur. Müəllifin jurnalın ilk nömrəsinin çətinliklə başa gəlməsini nəzərə alaraq, həmin karikaturaları təmənnasız çəkdiyi bildirilir.

Jurnal dövrün sosial-siyasi problemlərini sadə dildə, düşündürücü formada və orijinal satirik vasitələrlə oxuculara çatdırırdı. Mirzə Cəlilin özü demişkən, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.

C.Məmmədquluzadənin həyat yoldaşı, görkəmli ictimai xadim Həmidə xanım Cavanşiri “Xatirələrim” kitabında yazır: “1906-cı il aprel ayının 7-si gecəsi Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var imiş. Onlar da bu pula çap dəzgahının qulpunu fırlatmaq üçün bir hambal tutublarmış. Gecə hambalı yola saldıqdan sonra ikinci hambal tutmağa daha pul qalmayıb. Onlar səhərə qədər növbə ilə çap dəzgahının qulpunu fırlayıblar.” Sabahı isə Azərbaycan mətbuat tarixinin ən şərəfli səhifələrindən biri yazılıb: “Molla Nəsrəddin”.

“Molla Nəsrəddin”lə Azərbaycanda, eləcə də, Yaxın Şərqdə tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub. Jurnal Azərbaycan satirik mətbuatının zirvəsi ilə yanaşı, haqlı olaraq realist yazılı ədəbiyyatımızın milli-mənəvi sərvəti də hesab edilir.

XƏBƏR LENTİ
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Təhlil / 03.04.2025 13:28
Ermənistanın yeni müharibə hazırlığı – ANONS - VİDEO
İqtisadi / 03.04.2025 12:27
Bu il “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlanıb
Elm və təhsil, Sosial / 02.04.2025 22:48
İslam peyğəmbərini ağır təhqir edən Nişanyanın arvadından etiraflar - VİDEO
Elm və təhsil / 02.04.2025 13:43
Yunan jurnalistin Təpəbaşı etirafları – ANONS - VİDEO
Gündəm, Hərbi / 02.04.2025 00:02
Aprel döyüşləri – Böyük Zəfərə aparan yol
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO