“BMT-nin İnsan Hüquqları Şurasında COVID-19 peyvəndlərinə bərabər, uyğun qiymətə, vaxtında və hamı üçün əlçatanlığın təmin edilməsi çağırışlarına liderlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Rakus.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus “Twitter” səhifəsində yazıb.
“Peyvəndlərin ədalətli bölüşdürülməsinin təmin edilməsi üçün daha çox iş görməli olduğumuzla bağlı sizinlə razıyam”, – deyə ÜST rəhbəri bildirib.