Rəqibini al-qana qərq edib qarşısında diz çökdü - VİDEO
Sinqapurun Kallanq şəhərində dünyanın tanınmış döyüş təşkilatlarından olan ONE-ın növbəti turniri baş tutub.
Rakus.az xəbər verir ki, yarışda bir muay tay, dörd MMA və bir kikboksinq yarışı baş tutub. Gecənin son görüşü muay tay üzrə olub.
Tailandlı Rodtanq Citmuanqnon avstraliyalı Danial Vilyamsla qarşılaşıb. Rəqibini al-qana qərq edən asiyalı idmançı döyüş başa çatdıqdan sonra onun qarşısında diz çökərək Vilyamsa dua edib. Avstraliyalı da ona qarşılıq verib.
Qeyd edək ki, bu yarışda keçirilən yeganə kikboksinq döyüşündə Belarusu təmsil edən azərbaycanlı Çingiz Əlləzov almaniyalı Enriko Kellə qarşılaşıb. Lakin “Çinqa” ləqəbli azərbaycanlı idmançı beş il əvvəl Monakoda qalib gəldiyi bu rəqibinə hakimlərin yekun qərarı əsasında uduzub. Bu onun peşəkar kikboksinq karyerasında beşinci məğlubiyyəti olub.