Təhlil 23.04.2021 21:00

Sorosun yeni Ermənistan layihəsi – Azərbaycana düşmənçiliyin gücləndirilməsi – TƏHLİL - FOTO

Fondun Ermənistanda geniş fəaliyyəti hər kəsə məlumdur. Sorosun maliyyələşdirdiyi deputatlar Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyinin sponsorunun Açıq Cəmiyyət İnstitutu olduğu ehtimalı gündən-günə özünü təsdiqləyir. Onun maliyyəsi hesabına Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq demokratiya adı altında ölkədə avtoritar rejim yaradır. Aprelin 21-də Zəngəzur vilayətinin Meğri və Aqark şəhərlərində sakinlər Soros “demokratiyasının” iç üzünü göstərdi. Həmin gün əhali Paşinyanı adıçəkilən şəhərlərdən qovdu. Aprelin 22-də isə Meğri şəhərinin meri Mxitar Zakaryan tutularaq Yerevana gətirilib. Bu şəhərlərdə mülki vətəndaşlarla görüş keçirib yürüş edə bilməyən Paşinyan Kacaranda hərbçilərlə görüşüb. Bu onu göstərir ki, Sorosun Ermənistanda qurmaq istədiyi demokratiya hərbi-avtoritar rejimə çevrilir. Ermənistanda baş verən son hadisələr həm də Soros demokratiyasının maskasını cırır. Onun vəd etdiyi demokratiya daha çox xaosdur. Fondun bəslədiyi kadrlar isə Türkiyə və Azərbaycana böhtan demək yarışına çıxıblar. Onların belə çıxışları ilə bağlı layihələrini isə fond maliyyələşdirir.

AŞPA-nın yaz sessiyasında “Azərbaycandakı erməni əsirlər”in məsələsi də gündəliyə salınmışdı. Bu məsələni daha çox Fransadan olan deputatlar qabardıblar. Soros Fondunun maliyyələşdirdiyi Ermənistan hakimiyyətinin onlarla əlaqəsi olduğu istisna edilmir. Müzakirəni Fransa Senatının üzvü Alen Milon açıb. O, Azərbaycanda “erməni əsirlər”in qaldığını iddia etməklə Ermənistanın dediklərini təkrarlayıb. Onun həmvətəni Bernar Furnye də Azərbaycana qarşı şər-böhtan atıb.

Azərbaycan tərəfi bu məsələyə çoxdan münasibət bildirib. Rəsmi Bakı ölkədə Ermənistana aid əsirlərin olmadığını dəfələrlə vurğulayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib: “Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”. Onun sözlərinə görə, hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir, antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. C.Bayramov vurğulayıb ki, bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir.

Deməli, Sorosun maliyyələşdirdiyi Ermənistan rəhbərliyi, parlament üzvləri və Fransadan olan deputatlar terrorçuların azadlığa çıxmasına çalışırlar. Bu baxımdan Azərbaycan ərazisində törədilən və ya törədilməsinə cəhd edilən terror aksiyalarını bu fond maliyyələşdirib. Yeri gəlmişkən, bir məsələyə də diqqət çəkmək istərdik. AŞPA-nın bu sessiyasınadək Azərbaycanın Qarabağ bölgəsinin böyük bir hissəsi Ermənistanın işğalı altında idi. 2020-ci ilin yaz sessiyasında və nə də ondan əvvəl təxminən 25 il ərzində AŞPA işğalçı ölkənin ordusunun Azərbaycan ərazisindən çıxarılmasına dair heç bir bəyanat verməyib. Sorosun yetişdirdiyi indiki Ermənistan hökumətinin başçısı Paşinyan qanunsuz olaraq Qarabağa gələndə, oğlu Azərbaycan ərazisində hərbi xidmət keçəndə bu qurum susdu. Qarabağı işğal edəndən sonra nə Soros, nə də onun fondu Ermənistana Qarabağdan çıxın deyə tövsiyə vermədi.

Ümumiyyətlə, noyabrın 10-da imzalanan bəyanatdan sonra bir sıra dövlətlər sanki bir-birinin ağzına baxırmış kimi “əsirlər”in qaytarılmasını təkrarlayırlar. Axı Ermənistan hərbçisinin Azərbaycan torpaqlarında nə işi var idi? Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini soroslar və başqaları niyə seyr edirdilər? Elə həmin dövlətlər, lap elə Corc Soros Fondu sponsoru olduğu Ermənistan hökumətindən minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməsini niyə istəmir? Yaxud Soros və ermənilərin başqa havadarları və sponsorları niyə bu suallara cavab vermir və ya bu istiqamətdə Ermənistana təzyiq göstərmir – Ermənistan Silahlı Qüvvələrinin Qarabağda nə işi var? Ermənistan noyabrın 10-da götürdüyü öhdəlikləri niyə yerinə yetirmir? Bəyanatın “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” şəklindəki 4-cü maddəsinə niyə əməl edilmir? Yaxud 9-cu maddə nə vaxt icra olunacaq – “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Qarabağda separatçıların silahlı qüvvə saxlamasının anlamı nədir? AŞPA-da və başqa beynəlxalq təşkilatlarda Azərbaycana qarşı çıxış edənlər həmin silahlı dəstələrin tərksilah olunmasına niyə çalışmır? Ermənilər bunu təhlükəsizliyi təmin etmək üçün edirlərsə, onda Rusiyanın sülhməramlıları niyə bölgəyə yeridilib? Yoxsa Ermənistan və separatçılar Rusiyaya inanmır? Belə çoxsaylı sualların cavabı Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı iddialarından əl çəkməsi, regional əməkdaşlığa üstünlük verməsindədir. Sponsorları Ermənistanın bu şərti əməl etməsinə çalışmır. Onlar rəsmi Yerevanın Azərbaycan və Türkiyə əleyhinə olmasında daha çox maraqlı görünürlər. Azərbaycanla “əsirləri qaytar” oyunu, Türkiyə ilə “erməni soyqırımı” saxtakarlığı sorosların ermənilərə verdiyi tezisdir. Təəssüf ki, ələbaxım olaraq tərbiyə edilmiş Ermənistan cəmiyyətinin yetişdirdiyi rəhbərlər də “açıq cəmiyyətlər”in layihələrinin əsiridir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO