Polşa klubu Mahir Emreli ilə maraqlanır
Bildirilir ki, hazırkı müqaviləsi mövsümün sonunda bitəcəyindən, 24 yaşlı hücumçu pulsuz çağırıla bilər. Lakin sözləşmənin imzalanması üzrə mübarizə çətin görünür. Çünki istedadlı forvardla Polşa və Avropanın bir çox digər klubları da maraqlanır. Ona İtaliya, Portuqaliya, Belçika, Xorvatiya və Macarıstandan təkliflər gəlməkdədir. Onların arasında “Visla”nın daha tanınmış klub olduğu vurğulanıb.
Qışda Emreli ilə Polşanın “Zaqlembe” və “Rakuv” klubları maraqlanıb. Artıq onlar futbolçu ilə danışıqlara start verib. “Visla” isə oyunçunun agenti ilə əlaqə saxlayaraq Emrelinin mümkün transferini nə dərəcədə mümkünlüyünü soruşub.
Mahir Emreli 2015-ci ildən “Qarabağ”ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır.