Rəcəbov heç-heçə etdi, Məmmədyarov qələbə qazandı – YENİLƏNDİ
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 final görüşlərinin ilk günü çərçivəsində oyunlar keçirilib.
Rakus.az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbovla norveçli Maqnus Karlsenin qarşılaşmasında bərabərlik qeydə alınıb.
Şəhriyar Məmmədyarov isə İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşmada üstün olub.
Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilib.
Qeyd edək ki, 1/4 final iki gün ərzində keçirilən və hər biri 4 rapid oyunundan təşkil olunan iki qarşılaşmadan ibarətdir.
Beləliklə də, aprelin 28-i cütlüklər bir daha üz-üzə gələcək və yarımfinala vəsiqə qazananların adı məlum olacaq.
23:09
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 final görüşləri keçirilir.
Rakus.az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
Görüş azərbaycanlının üstünlüyü ilə keçsə də, iki qarşılaşmadan sonra bərabərlik hökm sürür.
Xatırladaq ki, daha bir həmyerlimiz Şəhriyar Məmmədyarov da 1/4 finala vəsiqə qazanıb. İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşan “Şah” rəqibilə sülh bağlayıb.
Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilir.
Mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi 8 500 dollar qazanacaq.