Rakus.az xəbər verir ki, qüllənin son 20 ildə 4 santimetr düzəldiyi məlum olub.
1990-cı ildə qüllədə uçmaq təhlükəsi olduğuna görə 800 ildə ilk dəfə ziyarətçilərin girişinə qadağa qoyulmuşdu. Həmin dönəmlərdə qüllə 4,5 metr əyilmişdi.
Mişel Camilkovskinin rəhbərliyi ilə bir qrup mütəxxəsis 1993-cü ildən 2001-ci ilədək qülləninin aşma təhlükəsini aradan qaldırıb. Abidə təxminən 260 milyon dollar məsrəflə 45 santimetr düzəldilib.
İlk dəfə şəhər kilsəsinin qülləsi olaraq nəzərdə tutulsa da, sonradan ayrı inşa edilib. Tikilinin inşası 199 il çəkib. O, hazır olandan 5 il sonra əyilməyə başlayıb.
Tikildiyi yerin landşaftının çökməsinə görə əyilən Pisa Qülləsi üst-üstə qoyulmuş 6 dairəvi sütunların birləşməsindən yaradılıb.
Qüllənin başına çıxmaq üçün 294 pilləkan qalxmaq lazımdır. Ən üst hissəsi silindr formasında olan qüllənin ilk mərtəbəsində 15, ondan sonrakı 6 mərtəbədə isə 30 sütun var.
Şimalda 294, cənubunda isə 296 pilləkanı olan qüllə 1987-ci ildən YUNESKO-nun Milli Mədəni İrs siyahısına daxildir.
Həmçinin qüllənin ətrafındakı kilsə, qəbiristanlıq və Pisa şəhərindəki bir neçə abidə də bu siyahıda yer alıb.