Gündəm 29.12.2021 17:26

“Qələbə Yolunda Jurnalistlər” sənədli filminin təqdimatı olub - FOTO - VİDEO

Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Qələbə Yolunda Jurnalistlər” sənədli filminin təqdimat mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, əməkdar jurnalist, professor Qulu Məhərrəmli, fakültənin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Allahverdi Məmmədli, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov, şəhid jurnalist Sirac Abışovun qardaşı Şirzad Abışov, eləcə də universitetin müəllim, professor və tələbə heyəti iştirak edib.

Təqdimat mərasimində Vətən yolunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sənədli film media nümayəndələrinin Qarabağda göstərdikləri şücaət, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun fəaliyyətindən və fədakarlığından bəhs olunur.

Təqdimat barəsində təəssüratlarını bölüşən V.Zifəroğlu, Q.Məhərrəmli, A.Məmmədli və digər qonaqlar belə bir layihəninin həyata keçirilməsinin yeni nəsil yetişən jurnalistlərin həyatında mühüm rol oynayacağına və şəhidlərimizin heç zaman unudulmayacağına işarə olduğunu bildiriblər.

Onlar jurnalistikanın çətin, amma şərəfli peşə olduğunu vurğulayaraq, İkinci Qarabağ müharibəsində media təmsilçilərinin üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdiklərini, sənədli filmin qəhrəmanlarının peşə fəaliyyətini şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldıqlarını söyləyiblər. Bildirilib ki, bu film hərbi vətənpərvərlik sahəsində yetişən hər bir jurnalist üçün xüsusi əhəmiyyət daşıyır.

Çıxış edən Əsgər İbrahimov və Şirzad Abışov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edərək, belə layihələrin davamlı olmasını arzulayıb, bu ekran işinin gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün bir vasitə olacağını ifadə ediblər.

Tədbirdə AzTV-nin əməkdaşları Vüsal Qaraca və Samir Oruc şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşüb və sənədli filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərə təşəkkürlərini bildiriblər.

Daha sonra filmi ərsəyə gətirən fənn müəllimi Günel İlqar və ikinci kurs tələbələri dəvəti qəbul edib təqdimat mərasiminə gəldikləri üçün iştirakçılara minnətdarlıq ediblər.

Sonra iştirakçılar “Qələbə Yolunda Jurnalistlər” sənədli filminə baxıb, xatirə şəkili çəkdiriblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO