Gündəm 03.03.2022 11:45

Rusiya-Ukrayna müharibəsinin Azərbaycana iqtisadi təsiri necə olacaq? – İqtisadçı ekspert Qafar Əliyev təhlil edir

Deflasiya, devalvasiya, iqtisadi tənəzzül…Bunların hər biri mütləq şəkildə Rusiya iqtisadiyyatına təsirini bildirməkdədir və bildirəcəkdir. Digər bir tərəf, Ukraynanın tam tənəzzül iqtisadi moduluna keçməsi. Səbəb bəllidir.

Bu ilin fevral ayının sonlarından başlayan və bitməsi çətin proqnozlaşdırılan Rusiya Ukrayna gərginliyi davam edir. Bu tendensiya hər iki ölkənin iqtisadi potensialına və iqtisadi həyatına ciddi zərbələr endirəcək. Hərçənd, hər iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 12 milyard ABŞ dollarında artıq olmuşdur. Yəni bu rəqəm ciddi bir rəqəmdir, nəzərə alsaq ki, Azərbaycanla Rusiya arasındakı ticarət dövrüyyəsi 3 milyard, Ukrayna ilə isə Azərbaycan arasındakı ticarət dövrüyyəsi cəmi 1 milyard ABŞ dolları səviyyəsində təşkil etməkdədir.

Digər tərəfdən, nəzərə alsaq ki, dünya iqtisadiyyatı pandemiyadan sonrakı yeni dönəmə qədəm qoymaqdadır. Yəni hələ də ümumi dünya iqtisadiyyatında tənəzzülün nəticələri tam olaraq aradan qalxmayıb, bir sıra dövlətlər, o cümlədən MDB məkanındakı bəzi ölkələr hələ də postpandemik dövrə tam start verməyib.

Yəni Rusiya və Ukrayna arasındakı vəziyyət özlüyündə yaxın ətraf ölkələr üçün heç də ürəkaçan rəqəmləri vəd etməyəcək.

Azərbaycanın Rusiya ilə ticarət dövrüyyəsindəki bazanı əsas olaraq yeyinti məhsulları təşkil edir, bu ilk məqam. Dİgər bir məsələ, Azərbaycanın xarici iqtisadir dövrüyyəsində Rusiya Türkiyə və İtaliyadan sonra 3-cü pillədə qərarlaşmaqdadır. Başqa bir məqam, yeyinti məhsullarının idxalına görə Rusiya digər ölkələrlə nisbətdə Azərbaycan üçün 18%-dən biraz artıq rəqəmlə yekunlaşmaqdadır. Bu ona dəlalət edir ki, Azərbaycana idxal olunan yeyinti məhsullarının 20%-nə qədərini Rusiya məhsulları təşkil edirdi.
Əlbəttə, Azərbaycan üçün alternativ bazarlar mövcüddur, Türkiyə, Qazaxıstan və s. Lakin burada təkcə iqtisadi dövrüyyədən söhbət getmir. Məsələ ondadır ki, bu gün Azərbaycanda 50-ə yaxın Rusiya şirkətləri investisiya ediblər, hansılar ki, yol infrakstrukturundan tutmuş, yeyinti məhsulların istehsalı ilə məşğuldurlar, müxtəlif səpkili xidmət sferalarımövcüddur və s. Eyni ilə də, Ukrayna şirkətləri, hansılar ki, Azərbaycana yeyinti məhsullarının ixdalı ilə məşğuldurlar və s.
Yəni bugünkü vəziyyət sözün əsl mənasında bir sıra xoşagəlməz halların yaranmasına səbəb ola bilər.

Hərçənd Amerikan iqtisadçısı və Doktor Doom ləğəbi ilə tanınan dünya şöhrətli iqtisadcının qeyd etdiyinə görə, Rusiya Dünya iqtisadiyyatında cəmi olaraq 3-4% faizlik mövqeyə malikdir. Ümumi götürdükdə bu ciddi rəqəm sayılmaya bilər. Lakin nəzərə alsaq ki, Rusiya Avropa üçün, və eyni zamanda da Ukrayna üçün ciddi enerji daşıyıcısı sayılırsa, bu məsələ özlüyündə ciddi fəsadlara gətirib çıxara bilər və bir mənalı olaraq belə də olacaq.

Bu gün artıq Avropada yanacağın artım indeksini müşayiət etməkdəyik. Bu nəyə səbəb olacaqdır? Əlbəttə ki, ilk növbədə həmin enerji məhsulları istifadə edən sənayeçilərə və istehsalçılara.
Əlbəttə ki, “ayı modeli” ilə çalışan investorlar burada ciddi gəlirlərin əldə edilməsinə nail ola biləcəklər. Yəni, həmin kateqoriyaya daxil olan şirkətlər, qruplar, insanlar və s. bu tipli yanaşmaya üstünlük verənlər mövcüd vəziyyətdən istifadə edərək staqflaysiyanın qurbanı olanları “zəbt” və “məhv” etməyə çalışacaqlar. Bu nə deməkdir, yəni bəzi şirkətlər, sənaye müəssisələri bankrotluq və ya tənəzzüllə üzləşdikdə, həmin “ayı modeli”nə üstünlük verənlər bu tipli sənaye müəssisələrini və şirkətləri “parçalayaraq” bütovlükdə ələ keçirməyə başlayacaqlar.

Bu gün Rusiyada rublun aşağı səviyyəyə çatması, hərçənd Rusiya Mərkəzi Bankı ümumi dərəcəni 9.5%-dən 20%-dən qaldırmışdı ki, əhalinin rubla olan etibarlılıq yanaşmasını qoruyub saxlamış olsun. Buna baxmayaraq rubl get-getə dollar və avro qarşısında dəyərini itirməkdədir. Və, nəticə olaraq Rusiyada ötən dövrlə müqayisədə daşınmaz əmlakda və ya daşınar əmlaklarda ciddi qiymətin dəyərsizləşməsi getməkdədir.

Eyni vəziyyət  Ukraynada baş verməkdədir. Yəni bu müharibənin, və ya hərbi əməliyyatın müsbət tərəfləri də olacaqdır ki, bu məqamlardan da müsbət şəkildə yararlanan tərəflər mütləq şəkildə sözün əsl mənasında yararlanmış olacaq.

Qeyd etdiyimiz kimi, Azərbaycan üçün də bu fəsadların baş verməsi qaçılmazdır. Düzdür, ciddi qiymət artımı müşayiət olunmaya bilər Azərbaycan da. Lakin hər iki ölkə ilə iqtisadi dövrüyyədə mütləq şəkldə tənəzzül halın baş verməsi qaçılmazdır. Hərçənd Azərbaycan dövləti istənilən halda bu kimi mənfi səbəblərin baş verməməsi üçün istənilən maliyyə yardımı və ya maliyyə dəstəyini əsirgəməyəcəkdir. Lakin rəqəmlərə baxdıqda və hər iki ölkə ilə ticarət dövrüyyəsinə nəzər yetirdikdə, şahidi oluruq ki, istənilən halda hər hansı bir məhsulun idxalında və ya qiymət artımında kiçik də olsa, fərq hiss ediləcəkdir.

Təkcə bir məqamı qeyd etmək lazımdır ki, əgər Rusiyada ciddi işsizlik böhranı baş verərsə bu eyni zamanda, orada yaşayan Azərbaycan vətəndaşlarının da iqtisadi rifahına mütləq şəkildə təsir edəcəkdir.

Qeyd etməliyik ki, hər il Rusiyada yaşanan azərbaycanlılar tərəfindən Azərbaycanda yaşayan həmin şəxslərin yaxınlarına, ailələrinə 1 milyard dollardan artıq vəsait göndərilir. Düşünün ki, Rusiyaya tətbiq ediləcək sanksiyalar və bunun nəticəsində baş verə biləcək iqtisadi tənəzzül göstərilən bu rəqəmin də dövrüyyəsinə mütləq şəkildə təsirsiz qalmayacaqdır. Lakin bu sahə daha çox nəqliyyat sektoruna təsir edə bilər ki, bu da hələlikdə ciddi təsirlər göstərmir. Çünki bu gün Dünya iqtisadiyyatı çox geniş şəkildə şaxələnibdir, və Azərbaycan üçün hər zaman alternativlər mövcüddur və bu minvalla da iqtisadi tarazlığın qorunması mümkün olacaq.

Digər bir sevindirici hal budur ki, Azərbaycanın qonşu dövlətlərlə mövcüd olan bazarı qeyd etdiyimiz kimi çox genişdir. Eyni zamanda, neftin 112 dollar həcmində artması, və bizim milli gəlirimizin də artması, maliyyə qüdrətimizin artması istənilən halda ciddi fəsadların və ya staqnasiyaların baş verməməsinə səbəb olacaq. Bu mütləq bir dinamikadır və bütövlükdə götürdükdə Azərbaycan bu savaşdan uzaqlaşmağı və ciddi fəsadsız ötüşməyi bacaracaqdır.

Hər halda tezliklə bu savaşın bitməsi eyni zamanda da , yeni bazarların yaranmasına səbəb olacaq. Bu gün Ukrayna iqtisadiyyatına ümumilikdə 700 milyon dollardan artıq dəymiş ziyanın aradan qaldırılmasında Azərbaycanın da gələcəkdə həmin ölkəyə investiya ritminin artmasına təkan vermiş olacaq. Arzulolunmazdır hər halda bu yanaşma, lakin iqtisadi mövqedən bu yanaşma aktualdır və stabil bir xarakter daşımaqdadır. Necə ki, Qarabağdakı Vətən müharibəsindən sonra 10 larla xarici ölkələrinin şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya etmək niyyətinin artması misalı olaraq.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 19.07.2025 23:20
“Türklərin milli kimliyi onun folklorundadır” - VİDEO
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO