Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Aprelin 28-də Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Heydər məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.
Rakus.az xəbər verir ki, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar – Eldar İbrahimov, Səbinə Xasayeva, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, idarə, müəssisə, təşkilat, ictimai birliklərin rəhbərləri, din xadimləri, və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İftar mərasimində əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhlarına dualar oxunub.
İnsanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı – ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən danışılıb.
Ölkəmizə əmin-amanlıq, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.