Gündəm 04.06.2022 13:29

Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO

– Alo. Salam, qağa!

– Salam, qağa! Necəsən?

– Şükür yaxşıyam. Hardasan? Nəsə işin var?

– Belə vacib nəsə yoxdur, işdən çıxıb evə gedirəm. Nəsə olub?

– Yox, ə, dedim bir görüşək. Dur, gəl, filan yerə, uşaqlara da demişəm, gəlirlər…

Bu sözləri deyən şəxs düz bir ildir ki, bizdən uzaq yerdədir, aramızda yoxdur, cənnətdədir. Söhbət jurnalist dostum, xidməti vəzifəsinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan zaman mina partlaması nəticəsində şəhidlik zirvəsinə ucalımış Məhərrəm İbrahimovdan gedir…

Məhərrəm mənim həm həmkarım, həm də yaxın dostum idi. Onu yaxından tanıyanların hamısı ilə dost idi bizim “Maqa”. Onunla birgə bir çox hərbi tədbirlərdə, çəkilişlərdə, təlimlərdə iştirak etmişdim və bunların da hamısından bir xatirə qaldı bizə. Ən əsası isə Vətən müharibəsi dövründə vəzifə borcumuzu birgə yerinə yetirdiyimiz zaman…

Fikirləşdim ki, Məhərrəmlə bağlı xatirlələrimi qısa da olsa qeyd edim. Düzdü, onunla bağlı xoş xatirələrim çoxdur. Elə bir gün olmasın ki, onunla etdiyimiz söhbətlər, dərdləşdiyimiz günlər yada düşməsin. Gülərüz, mehriban, deyib-gülən “Maqa” ilə ən yaddaqalan hadisələrdən biri 2016-cı ildə olmuşdu. Həmin il Əlisəfa Mehdiyevin təşkil etdiyi “Ekstremal jurnalistika” təlimində Məhərrəm və digər dostlarla birgə bir həftə dağda qaldıq. Çıxdığımız yolda “Maqa” ilə eyni qrupda olduq, eyni əsgər yataqxanasında yatdıq.

***

Təlimin son günləri idi, dağa qalxmaq gərək idi. Gecə dağda şəraitə uyğun olaraq, yerdə qaldıq. Mənim səhhətimdə problem yarandı. Çalışırdım ki, dostlarımdan geri qalmayım. Məhərrəm, Vəfa Fərəc və digər dostlar eyni qrupa düşmüşdük. Dağlara qalxıb verilən şərti tapşırığı yerinə yetirmək lazım idi. Halsız olduğum üçün yolun yarısında dayandım və dostlara onlarla birgə gedə bilməyəcəyimizi söylədim. Lakin “Maqa” dedi ki, “biz səni burada tək qoya bilmərik, səninlə birgə geri qayıdacağıq”. Digər dostlar da Məhərrəmin dediyi ilə razılaşdı. Mən nə qədər israr etsəm də, Məhərrəm razı olmadı və birgə geri qayıtdıq. Onda anladım ki, Məhərrəm heç vaxt dostunu geridə, darda qoymaz. O, əsl dar günün dostu idi

***

Tovuzdakı təlimdə olan zaman kəndimizə – Ağstafanın Poylu kəndinə getmək istədim. Fikirləşdim ki, Tovuza gəlmişkən, gedim ata evinə də baş çəkim. Lakin təlim düşərgəsini tərk etmək olmazdı, gecə isə oradan çıxmaq bir az təhlükəli idi. Bu barədə Məhərrəmə bildirəndə “mən Əlisəfa müəllimdən icazə alacağam, bir yerdə gedərik” söylədi. Elə də oldu, icazə aldı, birlikdə yollandıq kəndimizə. Poyluda bizi mənim dostlarım gözləyirdi. Onlar Məhərrəmi qiyabi tanıyırdılar. Kəndə çatdıq, süfrə arxasına əyləşəndən 10 dəqiqə keçməmişdi ki, “Maqa” mənim uşaqlıq dostlarımla artıq dostlaşmışdı, bir-birilərinin şərəfinə badələr qaldırırdılar…

***

Vətən müharibəsi başlamışdı, biz çəkiliş qrupu ilə birgə Goranboy rayonuna yollandıq. Əvvəlcədən də bilirdim ki, Məhərrəm o istiqamətə ezam olunub. Yolda “Maqa” ilə danışdım, bizi orada qarşıladı, məni görən kimi çox sevindi. Böyük qardaş kimi dönə-dönə də tapşırdı ki, “ehtiyatlı ol, çox təhlükəli yerə getmə”. Gündüz çəkilişlərimizi bitirdik, gecə bizim qalmağımız üçün yer təşkil etdi. Lakin səhəri günü biz oradan ayrılıb Tərtər istiqamətinə yollandıq. Getməyimizi istəmirdi, orada qalmağımızı, birlikdə işləməyimizi söylədi. Amma biz ayrılmalı idik. Gedəndən sonra da tez-tez bir-birimizlə əlaqə saxlayıb hal-əhval tuturduq.

***

Müharibənin başlamasından bir neçə gün sonra idi. Səhər saatlarında Bərdədə qərargahın qarşısında oturub internetdə gecə baş vermiş hadisələrlə bağlı xəbərləri oxuyurdum. Bu zaman Məhərrəmdən mənə mesaj gəldi. Baxdım ki, oturduğum yerdən çəkilmiş fotomu atıb. Bir anlıq duruxdum, fikirləşdim ki, axı, “Maqa” Goranboy istiqamətindədir, bunu necə çəkib? Sağ tərəfə dönəndə üzümə baxıb bərkdən güldü. Tez ayağa qalxıb qucaqlaşdıq. Sevincək soruşdum ki, “Bərdədə qalacaqsan?” “Yox, qağa, Bakıdan kamera göndəriblər, onu götürüb qayıdırıq Goranboya. Dedim, bura gəlmişkən bir səni də görüm” söylədi. Bir az dərdləşdik, sonra çıxıb getdi…

***

2020-ci ilin oktyabr ayının 17-də Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən üçüncü dəfə terrora məruz qalmışdı. Gecə ilə Bərdədən oraya yollandıq. Həmin vaxt da Məhərrəm Gəncədə fəaliyyət göstərirdi. Səhərə qədər yuxusuz qaldıq. Gündüz vaxtı idi, hava da çox isti keçirdi. Bərk susamışdım, haldan düşmək üzrə idim. Yaxınlıqda da içməli su yox idi. Çünki evlərin hamısı dağıdılmışdı. Məhərrəm söylədi ki, “narahat olma, sənə su tapacağam”. Bombalanmış ərazidən kənara çıxdıq, tez mənim üçün axtarıb su tapdı, butulkanı başıma qaldırıb içdim. Pandemiyanın olmasına baxmayaraq, mən içdiyim su qabından “Maqa” da içdi. Dedim ki, “qağa, üzürlü hesab elə su görən kimi butulkanı başıma qaldırdım. Bildirdi ki, “ə, ver mənə butulkanı, səndən iyrənəsi deyiləm ki. İndi müharibədə olan qardaşlar eyni butulkadan su içir, biz onlardan artıq deyili ki…”

***

Hələ Vətən müharibəsi başa çatmamışdı. Noyabrın 7-də bir qrup KİV nümayəndələrini işğaldan azad edilmiş ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına apardılar. Səfərdə Məhərrəmlə mən də iştirak etdik. Birgə yollandıq müqəddəs torpaqlarımıza. Hərbi qənimətlər görən kimi “qağa, bir şəkil çəkdirək yadigar qalsın” deyirdi. Çəkdirdiyimiz həmin şəkillər indi səndən yadigar qaldı, qardaş…

***

Müharibə bitəndən sonra “Maqa” ilə əlaqə saxladım. Hələ iş başında olduğunu, işğaldan azad edilmiş ərazilərdə yeni tapşırıqlar aldığını qeyd etdi. Nə işdir? sualını verəndə “məxfidir, qağa, deyə bilmərəm” söylədi. Çünki ona bu barədə heç kəsə məlumat verməmək tapşırılmışdı. Günlərcə, aylarca evindən, ailəsindən, azyaşlı övladlarından uzaq qalaraq öz vəzifə borcunu yerinə yetirdi…

Məhərrəmlə sonuncu görüşümüz 2021-ci ilin fevral ayının 10-da Ağdamın işğaldan azad edilmiş ərazisində – postda oldu. Biz çəkiliş üçün Ağdam Cümə məscidi istiqamətinə getməyə hazırlaşırdıq. Dan yeri yenicə sökülmüşdü, hava soyuq idi. Hərbi maşından hərbi geyimli bir nəfərin düşüb gülə-gülə mənə yaxınlaşdığını gördüm. Əvvəl tanıya bilmədim. Bir az da yaxınlaşanda “qağa, deyəsən tanıya bilmədin?” dedi. Tez “Maqa” olduğunu gördüm, sevincək qabağına gedib qucaqlaşaraq görüşdüm. Həmin vaxt qalın bığ buraxmışdı. Orada bir az zarafatlaşdıq. Onlar da Ağdamın işğaldan azad edilmiş ərazisinə yollanacağını söylədi. Yenə də nə işlə məşğul olduqlarını demədi, mən də israr etmədim. Beş dəqiqəyə yaxın söhbət etdik, sonra yenə qucaqlaşıb ayrıldıq. Nə biləydik ki, bu, bizim sonuncu görüşümüz, sonuncu dəfə qucaqlaşaraq sağollaşmağımız olacaqdı. Bir neçə saat sonra avtomobillə Şelli kəndi istiqamətinə gedərkən yolun kənarında yenə “Maqa”nı və onunla birgə şəhid olan Siracı gördüm. Lakin bu dəfə yolda dayanmadıq, pəncərədən əl salladım. Ona sonuncu dəfə əl edərək oradan uzaqlaşdıq…

***

Elə Məhərrəmin şəhid olma xəbərini də onunla sonuncu dəfə görüşüb sağollaşdığımız Ağdamda eşitdim. Yenə azad edilmiş ərazilərimizə səfər edirdim. Posta çatana yaxın avtobusda olan şəxslərdən birinə zəng gəldi ki, Məhərrəmgil Kəlbəcərdə minaya düşüb. Sanki dünya başıma çökdü. İnanmadım, dedim, yəqin ki yalan xəbərdir. Bu zaman dostlardan biri zəng etdi və yenə bu acı xəbəri söylədi. Yenə də inanmadım, tez digər dostlara zəng edib dəqiqləşdirdim. Təəssüflər olsun ki, məlumat düz çıxdı. Həmin gün mənim həyatımda ən ağır səfərlərdən biri oldu…

***

Bəli, Məhərrəm belə bir insan idi, qarşısında olan şəxslə tez ünsiyyət qurar, tez dostlaşardı. Həmişə görüşəndə duzlu-məzəli söhbətlər edərdi, yaddaqalan maraqlı hadisələrdən tez-tez danışardı, sonda da qəh-qəhə çəkib gülərdi…

Əziz dostumuz haqqında danışılası, yazılası çox xoş xatirələr var. Heç kəsdən küsməzdi, inciməzdi, heç kəsi də küsdürməzdi, incitməzdi. Həmişə yaxın dostları bir yerə yığardı, tez-tez görüşməyimizi istərdi. “Maqa”, biz yenə də bir yerə yığılırıq, bu dəfə sənin məzarın başına…

Yolun düşsə, bu dünyaya bir də gəl, əziz qardaş!

İsmayıl Nəsibli

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO