Elm və təhsil 13.06.2022 11:00

Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ

Taleyinə yenidən müstəqllik qazanmaq yazılan Azərbaycan qısa vaxtdan sonra  onun itirilməsi təhlükəsilə üzləşdi.    Ölkədə xaos, hakimiyyət böhranı, anarxiya kuliminasiya həddinə çatdı. Liderlik xüsusiyyətlərinə malik olmayan, gələcəyi görə bilməyən şəxslərin rəhbərlik etmələrinə görə hərci-mərcilik, özbaşınalıq, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi təhlükəyə aldı. Müstəqilliyimizin o mərhələsi barədə Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr güclü idi. Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbi sərvətlərə malik olan ölkənin tam müstəqilliyi başqa ölkələrdəki bəzi dairələri qane etmirdi.”

Ermənistanın Azərbaycana təcavüzünə  görə Azərbaycanın zəifləməsi, daxili hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra xalq hakimiyyətdən saldı. 1993-cü ilin birinci yarısında Kəlbəcərin və Azərbaycanın digər ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının böhranı son həddə çatdırması,  günbəgün pisləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu xalqı öz arxasınca aparan, ölkəmizi düşdüyü ağır və dözülməz çətin vəziyyətdən çıxarmağa qadir Liderə ehtiyac olduğunu göstərirdi. Belə bir Lider xalqın ürəyində yaşayan, sevilən Heydər Əliyev 9 iyun 1993-cü ildə xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı.  İyunun 15-də ölkənin qanunvericilik orqanına Azərbaycan Ali Sovetinin sədri seçildi və həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini “Mənim həyatımda, fəaliyyətimdə yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – söylədi, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. İnkişafın təməlini qoydu. Azərbaycan Ulu Öndər Heydər  Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qüdrətli bir dövlətə çevrildi. Xalqımızın əksəriyyəti tərəfindən 1993-cü il oktyabrın 3-də Prezident seçildi. Xalqını yüksək səsini toplayaraq, yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk gündən həm özünü, həm də vətəndaşlarını qorumağa qadir dövlət yaratdı. Xalq- Heydər Əliyev birliyi Azərbaycan dövlətçiliyinə qarşı olan Sürət Hüseynova, Cavadov qardaşlarına, Azərbaycanın ərazi bütövlüyünü cənubdan təhdid edən “Talış-Muğam Respublikası” iddiasına son qoydu. Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsırlmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən tam qadir olduğunu göstərdi.

Sonralar 1997-ci il iyunun 27-də millət vəkillərinin təklifini nəzərə alan Milli Məclis Azərbaycan Respublikasının Prezidenti möhtəşəm Heydər Əliyev cənablarının ölkənin dərin ictimai-siyasi və iqtisadi böhranlardan çıxarılmasında, vətəndaş müharibəsinin qarşıısnın alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri yüksək qiymətləndirilərək ölkə rəhbərliyinə qayıdış gününü xalqımızın və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı sayaraq 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir. 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayramı kimi qeyd olunur.

Prezident İlham Əliyevin uzaq görən siyasəti nəticəsində Ulu Öndərin siyasi kursunun uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi məticəsidir.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda düşmən tərəfindən məhv edilmiş infrastrukturun, maddi-mədəniyyət abidələrinin, yaşayış məntəqələrinin, təhsil və elm ocaqlarının yenidən qurulması və bərpası layihələrinin təməlini qoyur. İşğaldan azad olunmuş ərazilərdə Fizuli və Zəngilan rayonunda beynəlxalq əhəmiyyətli hava limanlarının tikilməsinə xüsusi diqqət yetirir. Böyük Qayıdışın reallaşdırılması  istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu görülən işlər xalqımızı əmin edir ki, Prezident İlham Əliyevin rəhbərliyilə daha uca zirvələr fəth ediləcək. Düşmənin yerlə yeksan etdiyi “Qarabağ dünyanın ən gözəl güşələrindən birinə çevriləcək.

    Qazanılan bütün nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla  davam etdirməsi dayanır. Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf  edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Möhtəşəm iqtisadi uğurlara imza atıb. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığındaz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir.

Sultanəli Qurbanov

“Ü.Hacıbəyli-68” ƏPT-nın sədri

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO