Gündəm 28.09.2022 13:42

Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun da adının həkk olunduğu Memorial Kompleksin açılışı olub - FOTO

Bakıda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksin açılışı olub.

Rakus.az “Report”a istinadən xəbər verir ki, tədbirdə şəhid ailələri, müharibə veteranları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev deyib ki, Memorial Kompleks Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılıb.

O söyləyib ki, Memorial Kompleksin mənəvi əhəmiyyəti böyükdür: “Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında – Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınıb. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində canlarını fəda edən Binəqədi rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301 şəhidimizin adı və soyadı həkk olunub. Elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar yer alıb”.

Xatırladaq ki, Memorial Kompleksdə 2021-ci il iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş jurnalistləri aparan “KamAZ” markalı avtomobilinin rayonun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olan AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun da adı həkk olunub.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO