İdman 06.10.2022 11:56

Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başlayır - FOTO

Zəfər Günü (8 Noyabr) münasibətilə oktyabrın 9-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçiriləcək həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinə start veriləcək.

Rakus.az xəbər verir ki, bununla əlaqədar təşkil olunan tədbirdə turnir barədə məlumat verilib, qaydalar elan olunub və püşkatma keçirilib.

Bildirilib ki, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Məlumat verilib ki, ildə bir dəfə təşkil olunacaq turnirdə iştirak edən həvəskar komandaların tarixi torpaqlarımız olan Göyçə və Borçalı mahallarını təmsil etməsi xüsusi məna daşıyır və növbəti ildə bu turnirə Zəngəzur, Vedibasar, Dərələyəz mahallarını və digər qədim yurdlarımızı təmsil edən heyətlərin qoşulması nəzərdə tutulur.

Bu turnirdə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” adı altında mübarizə aparacaq.

Turnir hər birində 3 komanda olmaqla 2 qrupdan ibarət olacaq və 8 Noyabr – ZƏFƏR GÜNÜ başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə final matçında iştirak edəcəklər. Turnirin razılaşdırılmış qaydasına əsasən. qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, 10 dəqiqəlik əlavə vaxt və penalti təyin edilir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı”, “ən gənc oyunçu” və” veteran oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Ardanış”, Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edəcək.

Heyətlər belədir:

“Ardanış” – Elvin İsmayılov, Elşən Nəsibov, Emin Ələsgərov, Emin Qasımov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Azər Hüseynov, Tarik Qasımov, Namik Həsənov, Allahyar Musayev, Vaqif Həsənov, Taleh Muradov, Əsgər İbrahimov

Məşqçi Telman Məhərrəmov

“Ada Təpə” – Natiq Vəliyev, Rövşən Məhərrəmov, İsrail İsmayılov, Heydər Xudayev, Şükür Məmmədalıyev, Araz Qurbanov, Xəlil Xudayev, Aqil Qurbanov, Zaur Hüseynov, İsayev İsa, Toğrul Süleymanov, Hüseyn Kazımlı, Etibar Alıyev, Əşrəf Zeynallı

Məşqçi Bayram Süleymanov

“Novoivanovka” – Emil Bayramov, Vüsal Hüseynov, Ayxan Abbasov, Emin İmaməliyev, Rasim Həsənov, Elçin İsmayılov, Qasım Məmmədov, Rakif Əliyev, Murad Natiqoğlu, Vasif Əliyev, Rafiq Həsənov, Samir Əliyev, Etibar Məhərrəmov

Məşqçi Malik Löymanov

“Göyçə” – İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Səhman Xasıyev, Mikayıl Səfərov, Cəlal Məmmədov, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev

Məşqçi Məhəmməd İsmayılov

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

“Sadaxlı” – Emil Xəlilov, İsmət Əbdürəhmanov, Erkan Xudiyev, Rauf Aslanov, Pərvin Musayev, Ruslan İlməzov, İlkin Mehdizadə, Elçin Nəsibov, Rasim Dəmirçəlli, Ramin Qurbanov, Nurlan Aşırov, Nihat Vəliyev

Məşqçi Hidayət Xudiyev

 

“Media” – Cavid Osmanov, Ramil Ələkbərov, Rüstəm Abdullayev, Rəhman Atababayev, Manaf Qasımbəyli, Azər Hümbətov, İlkin Muradov, Səlcuq Elçin, Mahmud Novruzov, Ulucay Akif, Heydər Gərayev, Elmin Əlizadə, Təbriz Quliyev, Şirzad Abışov

Məşqçi İsmayıl Nəsibli

Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar və oyunlar belə müəyyənləşib:

A QRUPU – “Ardanış”, “Sadaxlı”, “Göyçə”

B Qrupu- “Media”, “Novoivanovka”, “Ada Təpə”

İlk oyun “Sadaxlı”-“Ardanış” arasında oktyabrın 9-da saat 10:30-da “Vətən” İdman Klubunun stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq. Oyunların 1-3-5-bazar günləri saat 09:30, 10:30-da və 20:00-da keçirilməsi nəzərdə tutulur. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək.

Final oyunu isə 8 Noyabr – Zəfər Günü ərəfəsində, noyabrın 6-da keçiriləcək.

Onu da diqqətə çatdıraq ki, “Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

9 Oktyabr
I tur

A qrupu

11:00 “Ardanış” – “Sadıxlı”

B qrupu

12:00 “Media” – Novaivanovka

16 Oktyabr
II tur

A qrupu

09:30 “Ada Təpə” – “Media”

B qrupu

10:30 “Göyçə” – “Sadaxlı”

23 oktyabr
III tur

A qrupu

09:30 “Ardanış” – “Göyçə”

B qrupu

10:30 “Novoivanovka” – “Ada Təpə”

30 oktyabr
Yarımfinal

09:30 A1 – B2
10:30 B1 – A2

6 noyabr

10:00 III yer uğrunda görüş

8 noyabr

10:00 Final

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO