Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadə müxalifətə keçib.
Rakus.az xəbər verir ki, bu barədə Qarabağ Komitəsinin üzvlərindən biri məlumat verib. Belə ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin sabah keçirilməsi nəzərədə tutulan xüsusi iclasına da qatılacaq.
Bildirilir ki, İ.Vahabzadə Qarabağ Komitəsinin üzvləri qarşısında Qarabağdan, 30 illik diplomatik fəaliyyəti müddətində Qarabağ məsələsi haqqında xatirələrindən danışacaq.
Xatırladaq ki, toplantı mayın 8-də saat 12.00-da KXCP-nin ofisində keçiriləcək. (Unikal.org)