Sosial 07.05.2019 18:00

Prokurorluğun mətbuat xidmətinin məlumatı - FOTO

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşı Hüseynov Emin Bəybala oğlunun qeyri-qanuni şəkildə işə qəbul edilməsi və əmək məzuniyyətində olduğu dövrdə Türkiyə Respublikasının Antalya vilayətində ölməsinin sifarişlə təşkil edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Rakus.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: “Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və bildirilir ki, mərhum Emin Hüseynov “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə 2015-ci ildə qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmiş işə qəbul proseduru nəticəsində prokurorluq orqanlarında dövlət qulluğuna qəbul edilərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilib”.

Emin Hüseynov məzuniyyət hüququndan istifadə edərək ona 2017-ci il 1 avqust tarixli əmrlə 30 gün müddətinə əmək məzuniyyəti verilib, məzuniyyətdə olarkən vəfat etməsi ilə əlaqədar olaraq 2017-ci il 26 sentyabr tarixli əmrlə qanunvericiliyin tələbinə əsasən barəsində dövlət qulluğuna xitam verilib.

E.Hüseynovun ölümü ilə əlaqədar Türkiyə Respublikasında başlanmış cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair həmin dövlətin Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş beynəlxalq tapşırıqda mərhumun Antalya şəhərində “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd edilib. Tapşrıqda bununla əlaqədar mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməyib.

Buna baxmayaraq, Baş Prokurorluq tərəfindən Türkiyə Respublikasında başlanmış cinayət işinin istintaqına milli və beynəlxalq hüquq çərçivəsində hərtərəfli kömək göstərilib. Belə ki, istintaq üçün əhəmiyyət kəsb edən Azərbaycan Respublikası vətəndaşlarının dindirilməsi, habelə E.Hüseynovun istifadəsində olmuş mobil telefondan aparılmış danışıqların verilməsi barədə qonşu dövlətin aidiyyəti qurumundan daxil olmuş əlavə vəsatət tam şəkildə icra olunaraq əldə edilmiş məlumatlar aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda, sorğu edən dövlətə müraciətlər və xatırlatma məktubları göndərilərək istintaqın konkret nəticəyə gələ bilmədiyi təqdirdə təkrar araşdırma aparılması və nəticəsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.

Qeyd edilən xüsusatlardan əlavə, mərhumun atası Bəybala Hüseynovun Baş Prokurorluğa ünvanladığı ərizələrinə əlavə etdiyi Türkiyə Respublikasında istintaq prosesindən kənar keçirilmiş təkrar ekspertiza rəylərinin həqiqiliyini müəyyən etmək üçün həmin dövlətin səlahiyyətli orqanlarına, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə sorğular ünvanlanıb. Həmin qurumlardan daxil olmuş məlumatlarda arvadı Elfira Hüseynova tərəfindən icazə verilmədiyi üçün E.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından onun ölümünün səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilib.

Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmayıb, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməyib.

Qeyd edilənlərlə əlaqədar olaraq, 2019-cu il aprelin 3-də Bəybala Hüseynov Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunaraq dinlənilib, ona hüquq və vəzifələri ətraflı izah edilib.

Hazırda Baş Prokurorluq tərəfindən Emin Hüseynovun ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə təkrar kompleks məhkəmə-tibbi ekspertizasının keçirilməsi, həmçinin istintaqı aparan müstəntiqin Azərbaycanda aparılacaq prosessual hərəkətlərin keçirilməsi zamanı iştirak edilməsi ilə bağlı Türkiyə Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış beynəlxalq sorğular hazırlanaraq qarşı tərəfə çatdırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.

Baş Prokurorluq kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatlar dərc edilməzdən əvvəl informasiyanın düzgünlüyü Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilsin.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO