Maraqlı 17.11.2022 13:47

Mən kitab oxumuram… – SƏRBƏST YAZI

Mən kitab oxumuram. Filmlərə baxıram, xəbərləri yazıram, məqalələri oxuyuram, amma kitab oxuma prosesi sanki “daşdan çıxır”…

Bacarmıram, bacarmırdım, özü də illərdir… Tam olaraq bu tendensiyanın məndə nə vaxt yarandığını xatırlamasam da, əsasən yeniyetməlik dönəmində formalaşdığını düşünürəm. Çünki ibtidai sinifdə təhsil alarkən oxu sürətim normal, hətta digər uşaqlara nisbətən daha çox idi. Yaşım artdıqca sanki sözləri gözümün süzgəcindən keçirmə sürətim də azaldı. Məhz bu səbəbdən abituriyent zamanı qəbul imtahanında əhəmiyyətli rol oynayan tarix fənninin mövzularını oxuyub çatdıra bilmirdim. Mövzu çox, mənsə tək, göz də cəmi 1 cüt…..Əzilib qalırdım bu yükün ağırlığının altında. Özü də tarix elə bir fəndir ki, səthi oxumaq da mümkün deyil. Gərək hər cümləni anlayıb yadda saxlayaraq oxuyasan.

Ləng oxuduğum kitablar təkcə faktlar və xronologiya ilə zəngin olan tarix kitabları da deyildi. Bura bədii kitablar da daxil idi. Hətta bir əsərdə bədiilik, obrazlılıq həddən artıq idisə, bu zaman oxu prosesi mənim üçün işgəncəyə dönürdü. O obrazlı cümlələri oxuyarkən dəqiqəbaşı fikrimin yayınması və geri dönərək sonuncu sətirləri yenidən oxumağımdanmı, hədsiz bədiiliyin məni sıxmağındanmı, yoxsa hekayə barədə verilmiş o qədər xırda detalların əsəb sistemimdə yaratdığı qıcıqdanmı danışım, bilmirəm. Bunu bilmədiyim kimi, ləng oxuma problemimi necə həll edə biləcəyimi də bilmirəm. Desəm, mövzusu rahat olan, “çərəz” tipli kitabları sürətli oxuyuram, yox, yalan olar. Çox vaxt onların da məzmununun mənasızlığı məni bezdirir deyə ya yarıda atıram, ya da ötəri nəzər salıb keçirəm. Yəni bir yerdən sonra məsələ kitabın məzmunu da deyil, mənim oxu sürətimin ləngliyidir.

Ümumiyyətlə, Buğa bürcünə mənsub insan kimi onu deməliyəm ki, biz bir az ləng adamlarıq. Hətta bəlkə bir azdan da çox. Bilirəm bəlkə də, bir çoxu bürclərə inanmır. Amma fikrimcə, heç kim bürclərin bəzi ümumi xüsusiyyətini inkar edə bilməz. Buğalar demək olar hər şeyi yavaş, ləng etməyi sevir. Bu, bir çoxumuzun xislətində olan bir şeydir. Şəxsən mən əksər işləri təcili bir səbəb yoxdursa, daha səbirlə görürəm. Bunun o qədər də yaxşı xüsusiyyət olmadığını bildiyim üçün də özümə vaxt baxımından həmişə nəzarət edirəm.

”Filan işi filan qədər vaxta bitirəcəyəm” deyirəm. Mütaliədə bu qədər ləngliyimi də bürcümlə əlaqələndirməyimə baxmayaraq, daha sonra anlayıram ki, bu belə deyil. Digər işlərdə öz effektivliyini göstərən “vaxt limiti qoyma” metodu bu mövzuda demək olar təsir göstərmir. Dəfələrlə telefonun “timer” hissəsində vaxt limiti qoyub “bu qədər vaxta filan qədər səhifə oxuyacağam” desəm də, əksər halda məqsədimə çata bilməmişəm.

Doğrudur, bu üsul müəyyən qədər oxu sürətimin artmasına kömək olub, lakin onda da kitabı tam qavraya bilmədiyimi, ötəri şəkildə cümlələrin üzərindən keçdiyimi düşünmüşəm.

Bir sözlə, bu məsələni hələ ki həll edə bilmirəm. Yeganə çarə kimi oxumaq istədiyim kitabların səsli versiyasına qulaq asmaqda görürəm. Çünki dinləyərək informasiyanı qəbul etmək mənə daha rahatdır, nəinki oxuyaraq. Bəlkə də məhz bu səbəbdən abituriyent dönəmi tarix fənnini o uzun-uzadı kitabları oxuyaraq yox, müəllimin danışdıqlarını dinləyərək öyrənirdim. Hə, yəqin ki, elə məhz düşündüyüm kimidir. Mən “vizual” yox, “audio” insanıyam.

Hazırda jurnalist Dilşad Əliyarlının “Göy qurşağı” əsərini 3 həftədir oxuyub bitirməyə çalışıram. Yarıda buraxmaq ürəyimdən gəlmir. Məzmunu da yetərincə keyfiyyətlidir. Yarıda buraxıb geri qaytarsam, vallah, özümdən utanaram. Bilmirəm bu dəfə uğurlu olacaq ya yox. Amma hər halda ümid etməyə dəyər…

Röya Yusifbəyli

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO