Elm və təhsil 26.01.2023 15:39

İsmayıl Rafiqoğlu: “Abşeron zəfəranı daha keyfiyyətlidir” - FOTO

Böyük Britaniyanın “Qardian” nəşri dünyanın ən bahalı ədviyyəsi olan zəfəranın iqlim dəyişikliyi səbəbindən yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qaldığını yazır. Analitiklərin fikrinə görə, son illərdə qlobal istiləşmə səbəbindən zəfəranın yığımı üç dəfə azalıb.
Azərbaycanda da eyni problem yaşanır. Quraqlıq və rütubətin azlığı məhsuldarlığa ciddi təsir edir.

Rakus.az xəbər verir ki, zəfəranın yetişdirilməsi, təbliğatı ilə məşğul olan jurnalist İsmayıl Rafiqoğlu Report Media Məktəbinin məzunu Nəzrin Sailqızına bu barədə danışıb.

– Peşəniz jurnalistlik olsa da, zəfəran yetişdirməyi də sevirsiniz. Bu maraq sizdə haradan yaranıb?

– Bilgəhdə 55 illik həyət evimiz var. Atam Abşeronda ənənəvi bitkilərin yetişdirilməsi ilə məşğul olub. Zəfəran da əkib-becərirdi, çiçəklərini yığıb qurudurduq. Bu prosesin canlı şahidi olmuşam.
İllər ötdü, atam yaşa dolanda, estafeti qəbul edib zəfəran işinə maraq göstərdim, onu hobbimə çevirdim.

– Yığım zamanı nə qədər zəfəran əldə edirsiniz?

– Zəfəranın məhsuldarlığı sahənin böyüklüyünə bağlıdır. Sənin nə qədər çox soğanaq əkməyə imkanın varsa, bir o qədər də o qədər çox məhsul olacaq. Abşeron şəraitində zəfəran özünə qarşı xüsusi qulluq istəmir. Sadəcə, uyğun mühit, şərait olmalı, inkişaf dövründə bol yağış yağmalı, yığım dövründə günəşli günlər olmalıdır ki, yaxşı məhsul toplayaq. Təbii, ildən-ilə fərq olur. Bu il zəfəran çox zəif oldu. Vegetativ dövrdə, sentyabr-oktyabr aylarında yağış olmadı, quraqlıq müşahidə edildi. Noyabr ayında isə çox yağış yağdı, bitki çatdırıb gül verə bilmədi, gücünü yaşıl hissəyə yönəltdi. Bu səbəbdən də məhsuldarlıq aşağı oldu.
Belə hallar olur, məsələn, eyni problemi Kəşmir zəfərançıları da yaşayıblar, quraqlıq səbəbindən məhsuldarlıq bu il üç dəfə aşağı olub. İspan fermerləri isə vəziyyətin böhran halına çatdığını bildirirlər.

– Siz öz yazılarınızda zəfəranın mövqeyini itirib diqqətdən kənarda qaldığını iddia edirsiniz.

– Azərbaycanın çox böyük zəfəran tarixi var. Bəzi mənbələr 9-cu əsrdə Azərbaycanda zəfəran yetişdirildiyini göstərir. Məkan olaraq bu bitki əsasən Abşeronda becərilib. Boşluq sahədə zəfəran əkilir, dünyanın bir çox ölkəsinə satılır, bunun hesabına insanlar normal dolana bilirdilər. Bu gün isə zəfəran yetişdirmə ənənəsini bir növ itirmişik.
Azərbaycanda zəfərançılığın zəif, problemli olması Bakıda, Abşeronda 20-ci əsrdən başlayan neft bumuna bağlıdır. Neft zəfəranı sıxışdırıb, bir sıra ərazidə torpaq keyfiyyətini itirib. Bu səbəbdən biz həmin o zəfəranı yetişdirə bilmirik. Bu gün küçədə “siz zəfəranın nə olduğunu bilirsiniz” adlı sorğu keçirsək, böyük məlumatsızlıq aşkarlanar. Zəfəranı saflora ilə, ona “yalançı zəfəran” da deyirlər, səhv salmaq adi hala çevrilib. Azərbaycanın cənub bölgələrində yetişdirilən saflora bitkisi zəfərandan daha hörmətli olub.
Amma zəfəran olduqca baha, dünya bazarında yaxşı qiymətə satılan ədviyyədir. Biz itirdiyimiz mövqeni bərpa etmirik. Tək-tük yerlərdə kimsə zəfəran istehsal edir. Bu heç bizim bazarımız üçün də yetərli deyil.

– Keçmişdə zəfərandan rəng almaq üçün də istifadə edirdilər. Bu hələ də davam edir?

– Azərbaycanın qədim xalçaçılıq ənənəsində zəfəran bitkisi sarı rəngin alınması üçün istifadə edilib. O rəng yüz illərlə keyfiyyətini saxlaya bilir. Çox bahalı olduğu üçün bu gün zəfərandan rəng almaq üçün istifadə etmirlər. Artıq kimyəvi yolla rəng ala bilirlər deyə o ənənə itirilib.

– Zəfəran əkininin inkişafı üçün nələr edilməlidir?

– Azərbaycanda bir neçə sahə var ki, işsizlik probleminin qarşısını almaq üçün bir yol ola bilər. Məsələn, sovet dövründə üzümçülük çox böyük inkişaf etmişdi. Üzümün işi hər fəsildə var.
Zəfəran da işsizliyin qarşısını ala biləcək bir məhsuldur. Nədənsə bu nəzərə alınmır. Zəfəran kimyəvi məhsulları, kimyanı qəbul etmir. Təmiz ekoloji bir məhsuldur. Onun əkilməsi, zəfəranın gülünün yığılması, ayrılması, dənələnməsi, qurudulması bir prosesdir. Sonra da müəyyən bir dövrdə zəfəranın yaşıl hissəsi quruyur, onları da təmizləmək, belləmək bir işdir. Bu sahəyə investisiya yönəldilsə, nə qədər insan, fermer təsərrüfatı bununla məşğul ola bilərdi. Özü də burada böyük mənada suvarmaya da ehtiyac yoxdur. Sentyabr-oktyabr ayları yağışlı keçsə, noyabr ayında kifayət qədər məhsul yığılacaq.

Məsələn, Azərbaycanın ən məhsuldar regionu zəfəran üzrə Şəkidir. Niyə görə? Kifayət qədər rütubətlı, yağışlı bölgədir. Amma Abşeron zəfəranı daha keyfiyyətlidir. Təəssüf ki, Abşeronda boş torpaq qalmayıb. Müvafiq qurumlar da düşünməlidirlər ki, zəfəranı harada yetişdirmək, harada sahə ayırmaq, fermeri bu işə necə sövq etmək olar. Şəki, Ağcabədi, Beyləqan, İsmayıllı, Qəbələ, Masallı, Astarada zəfəran əkilir. Amma proses xaotikdir.

– Azərbaycan zəfəranının ən keyfiyyətli zəfəran olduğu iddia olunur. Bu keyfiyyətli zəfəran niyə dünya bazarına çıxarılmır?

– Keyfiyyət baxımından dünyanın qəbul etdiyi müəyyən standart normaları var. Hər zəfəran öz keyfiyyətinə görə laboratoriya analizindən keçir, sonra da dünya bazarında həmin standarta uyğun olaraq satılır. Dünya bazarının 90 faizini İran zəbt edib. İranda zəfəran muzeyi, zavodları da var. Hətta dünya bazarında ən keyfiyyətli hesab edilən ispan zəfəranının istehsalı azdır, kifayət etmir. İspaniya İrandan yüksək səviyyəli, premium zəfəranı alır, sonra öz brendi kimi satır.

Hazırda dünyanın bir çox ölkəsi zəfəran əkir. Əfqanıstan son 15 ildə “narkotik əvəzinə zəfəran” proqramına qoşulub, hər il dünyaya 20-25 tona yaxın olduqca keyfiyyətli zəfəran satır. Əfqanlar İranla ciddi rəqabət aparmaqla sahəni ələ almaq iddiasını ortaya qoyublar.
Özbəkistan da bu sahədə xeyli iş görüb.
Hindistanın Kəşmir vilayətində istehsal olunan məhsul dünyanın ən keyfiyyətli, ən gözəl zəfəranı sayılır. Bir sözlə, İspaniya və İran bazarda tək deyillər.
Azərbaycan zəfəranı deyəndə öz gücünə görə Abşeron zəfəranı nəzərdə tutulur. Vaxtilə Bilgəh qəsəbəsində, “Zəfəran” sovxozunda keyfiyyətli zəfəran yetişdirilirdi. Hazırda ayrı-ayrı adamlar əkir, becərir, yetişdirir, ortaya qoyur, satırlar. Azərbaycanda istehsal olunan zəfəran heç daxili bazarın tələbatını ödəmir, xaricdən alırıq. Bizim zəfəranı yoxlayan laboratoriyamız, məhsulu təbliğ edən informasiya siyasətimiz yoxdur. Alma, nar, xurma bayramı var, zəfəran bayramı yoxdur. Halbuki Azərbaycan texnikanın olmadığı dövrdə tonlarla zəfəran ixrac edirdi. Problemə gərək bütün cəmiyyət reaksiya göstərsin. Hamı bu məhsulun əkilməsində, satılmasında aktiv olmalıdır. Hansısa dərmana 100-200 dollar verməkdənsə təbii yolla sağlamlığı qorumaq olar. Zəfəran xərçəng xəstəliyinin, ürək-damar xəstəliklərinin, şəkərli diabetin, profilaktikasında vacib rol oynayır. Qara ciyərin, əsəb-sinir sisteminin normal fəaliyyəti üçün çox əhəmiyyətlidir. Zəfəran afrodoziakdır. İnsanda serotinin səviyyəsini qaldırır, yaxşı əhval yaradır, depressiyada olan insanlar üçün dərmandır.

2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı strategiyası qəbul olunub. O dövrdən bəri çox eksperiment aparılıb. Kimi deyir ki, pambığı artıraq, kimi deyir tütün əkək, kimi deyir soğan. Nədənsə yerli məhsul artıq fevral-mart aylarında tükənir. Nəticədə Azərbaycan böyük miqdarda qida məhsulunu kənardan alır. Nə qədər paradoksal olsa da, biz özümüzün bahalı qoz-fındığımızı satırıq xaricə, yerinə ucuz qoz-fındıq alıb gətiririk. Kənd təsərrüfatının inkişafı strategiyasında zəfəranın öz rolu olmalıdır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO