Elm və təhsil 02.02.2023 13:26

“Ötən illər, itən illər” – Vaqif Kərim yaradıcılığının yeni nümunəsi - FOTO

Bu günlərdə Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsində şair-publisist VAQİF KƏRİMİN “Ötən illər, itən illər”, “Məni dərd yaşadır, dərd dolandırır” kitablarının və həm də yaradıcılığının təqdimat mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, təqdimatda Qərbi Azərbaycan ziyalıları, alimlər, şairlər, müəllimlər, jurnalistlər iştirak ediblər.

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov tədbiri açıb.

Şairin dostu  araşdırmaçı-hüquqşünas Vüqar Abduyev, şairin əmisi Kərim Kərimov, şairin dostu Əli Vəliyev, AR XİN arxivlər idarəsinin rəisi Bayram Həsənov, ADİU-nin müəllimi, iqtisadi elmlər namizədi, şair Bayraməli Qurbanov, AMEA-nın şöbə müdiri Tanrıverdi Paşayev, jurnalist Əsgər İbrahimov, Ardanış kənd orta məktəbində şairin müəllimi olmuş Sahib Əhmədov, şair, şəhid atası Nizami Elyanar, Ardanış kənd orta məktəbində Vaqifin ibtidai hazırlıq üzrə müəllimi olmuş Qədim Nəbiyev, görkəmli ziyalı Ələddin Həsənli, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Aşıq Bəhmən Kazımov, aşıq İmran Xəlilov, ADPU-nin müəllimi, fizika elmlər namizədi, Ardanış kənd orta məktəbində Vaqifin fizika fənnindən müəllimi olmuş Sultanəli Qurbanov, şairin dostu, araşdırmaçı Qoşqar Abduyev və digərləri çıxış edərək Vaqif Kərim yaradıcılığına nəzər salıb və onun yaradıcılığına, yazdığı əsərlərə nəzər salıblar.

Çıxış edənlər Vaqif Kərimin yaradıcılığında əsas ana xəttinin vətən həsrəti, yurda bağlılıq, qovulub deportasiya olunduğu Qərbi Azərbaycana, Göyçə mahalının Ardanış kəndinə qayıdışa inamlı olduğunu qeyd ediblər.

Bildirilib ki, Vaqif Kərim yaradıcılığında Göyçə mahalının, Ardanış kəndinin toponimlər və bu  toponimlərə məxsus olan xüsusiyyəti şeir formasında yazması onun yurdunun tarixini necə dərindən bildiyi aydın görünür.

Ardanışın toponimlərini, yer adlarını öz əsərlərində tarixin yüzilliklər arxasında qalmış yaddaşının sirlərini açır və onlara bir aydınlıq gətirir.

O. elimizin, ulu yurdumuzun, ata-baba torpaqlarımızın keçmişinə, sevincinə, kədərinə aid olan bu toponimləri xüsusi bir özəlliklə qələmə alıb.

Xüsusi vurğulanıb ki, təbiət vurğunu olan Vaqif Kərimin yaradıcılığında ana təbiətin gözəlliyi, uca, qarlı dağlar, buz bulaqlar, yaşıl çəmənliklər, sıx meşələr xüsusi yer tutur. Qoca Qafqazın əsrarəngiz gözəlliyinin öz əsərlərində rəssam dəqiqliyi ilə qələm alan şair Göyçə gölünün, Xəzər dənizinin, Bütöv Azərbaycanımızın, gəzib gördüyü digər şəhərlərin təbiətindən söhbət açır.

 

Ümumiyyətlə, Vaqif Kərim yaradıcılığında xatirələr geniş yer tutur. Uşaqlıq, gənclik, tələbəlik, əsgərlik illərində, müxtəlif sahələrdə işlədiyi müddətdə yaşadığı ən maraqlı anları həm şer formasında, həm də nəsr formasında təqdimatı keçirilən kitablardan tanış olmaq olar.

 

Şairin qəzəlləri, satirik şerləri, bayatıları,  dördlük şerləri də oxucular tərəfindən maraqla oxunur. Onun dostlarına, tanınmış insanlara, şəhidlərimizə ithaf etdiyi şerləri aşıqlar və müğənnilər tərəfindən mahnılara çevirilmiş və dillər əzbəri olmuşdur. Həyat fəlsəfəsi, həyata baxış, insanların müxtəlif  xasiyyətə və sifətə malik olmaları, həyatında keçirdiyi ağrılı-acılı günlər də Vaqif Kərim yaradıcılığının ayrılmaz bir hissəsidir.

Natiqlər şair Vaqif Kərimə öz xoş ürək sözləri ilə bərabər yaradıcılığında uğurlar arzuladılar.

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif Əli Vəliyev

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO