Mətbuat 27.02.2023 07:46

Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur – MƏQALƏ

Vətən qeyrət qalasıdır. Bu qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqi ilə döyünür.

Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar.

Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə – Vətənə bağışlayan oğullardı qəhrəmanlar.

Müasir vətənimizin qeyrət salnaməsidir-Mübariz İbrahimov.Yurd haqqını öz canından artıq bilən və doğma torpağımız uğrunda öz cavan ömrünü fəda edən olumsuz qəhrəmandır O.

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası, xalqın ruhunun can ortağı olan ruhu yetişdirir. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. 4 yaşındaydı Xocalı faciəsi baş verəndə.

Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə yalnız Azərbaycan türkü olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdüklərini görəndə, tərtəmiz ürəyinə göstərəcəyi qəhrəmanlığın ilk sətirləri yazılırdı.
Şəhidliyin Mübariz İbrahimov məqamı - Sona Abbasəliqızı
Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir.

Hərənin öz yolu var deyirdi. “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən…”

Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı.

Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Türk şairi Mithat Cemal Kuntay bunu necə dolğun ifadə edib:

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə hazırlanmış bu antologiyada böyük türk dünyasının bütün bölgələrindən olan yazarların poetik nümunələri yer alıb.Türkiyə,Azərbaycan,Güney Azərbaycan,

Qazax, Axiska, Kumik, Qırğız, Qaşqay, Özbəkistan, Türkməneli, Uyğur, Tatarıstan, Başqırd, Noqay və s. türk ellərinin yazarları bu böyük TÜRK OĞLUNUN qəhrəmanlığı şərəfinə ulu türk ruhunun poetik düşüncələrini səmimi notlarla və sevgi ilə sərgiləmişlər bu antologiyada.

Fərəhli haldır ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovun böyük sücaətinə ədəbi-bədii abidə kimi ucaldılan bu kitabdakı bədii nümunələrin toplanmasında Türkiyədə yaşayan hörmətli tarixçi Cavid Mövsünlü və Turan sevdalı yazar-şair Yahya Azəroğlu əmək sərf etmişdir.

Bu dəyərli antologiyanın çap olunmasının səbəbkarı,Milli Qəhrəmanın soykökündən olan Seyidağa Seyid Sadıxdır.Xalqımızın və vətənimizin hünər salnaməsini yazan,milli ruhumuzun qeyrət ocağını alovlandıran böyük türk dünyasının əbədiyaşar oğlu,Milli Qəhrəmanımız Mübariz İbrahimova tükənməz ehtiramın təcəssümü olan bu kitabı vətənpərvərlik dastanı kimi səciyyələndirmək olar.

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq simvoludur….O,baharı çox sevərmiş…. İyirmi iki bahar yaşadı. Şəhidlik zirvəsinə qovuşanda da ömrünün bahar çağıydı. İllər ötəcək, Mübariz bu yaşda,ömrünün baharında qalacaq…

Hər gün onun qartal baxışları uca şəhidlik zirvəsindən QƏLƏBƏ YOLUNA boylanır və bu YOL gəlir!

Sona Abbəsəliqızı – Manera.az

XƏBƏR LENTİ
Mətbuat / 27.02.2023 07:46
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur – MƏQALƏ
Gündəm / 26.02.2023 11:00
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib – RƏSMİ - FOTO
Gündəm, Siyasi / 26.02.2023 10:06
Xocalı soyqırımından 31 il ötür – ACI TARİX - FOTO
Mədəni, Sosial / 25.02.2023 17:21
“Şərəfli ömür sürənlər həmişə şərafətli olar”
Dünya, Maraqlı / 25.02.2023 06:01
Qərbi Azərbaycanın erməniləşdirilmə tarixi - VİDEO
Gündəm, Siyasi / 24.02.2023 21:10
Soyqırıma məruz qalan toponimlər – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Siyasi / 24.02.2023 15:59
Qərbi Azərbaycan Xronikası: Soyqırıma məruz qalan toponimlərimiz – ANONS - VİDEO
Elm və təhsil / 21.02.2023 17:00
Magistraturaya qəbul üçün 100 bal topladı və ölkə birincisi oldu
Mədəni / 21.02.2023 15:17
Bu gün Novruzun ilk Su çərşənbəsidir
Gündəm, Siyasi / 20.02.2023 18:58
“Ermənistan hökuməti danışıqlara gəlməlidir” – QAİ
İqtisadi, Müsahibə / 20.02.2023 10:51
Fariz Hacızadə: “Sığorta kifayət qədər spesfik sahədir” – MÜSAHİBƏ
İqtisadi / 16.02.2023 10:47
Əli Hüseynli: “Mingəçevir bölgənin enerji habına çevriləcək”
Müsahibə / 16.02.2023 01:10
Qərbi Azərbaycan Xronikası: Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub - FOTO - VİDEO
Hadisə / 16.02.2023 01:04
Qərbi Azərbaycan Xronikasında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışılıb - VİDEO
Gündəm, Video müsahibə / 15.02.2023 21:58
Doğulmamış azərbaycanlıları öldürən ermənilər - VİDEO
Müsahibə, Siyasi / 15.02.2023 18:21
Qərbi Azərbaycan Xronikası: Pofessor İbrahim Bayramov ilə müsahibə – ANONS
Gündəm, Mətbuat / 09.02.2023 14:32
Jurnalist: “Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik”
Mətbuat / 09.02.2023 14:20
Qərbi Azərbaycan xronikası: Ermənilər azərbaycanlı jurnalistin ailəsini necə parçaladı? - VİDEO
Gündəm, Siyasi / 09.02.2023 11:25
Həsrətində olduğum Vətənə qayıtmaq əsas hədəfdir – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Mətbuat, Siyasi, Video müsahibə / 08.02.2023 19:00
“Həyat hekayəsi” – Qərbi Azərbaycan Xronikası – TAM MƏTN
Gündəm, Siyasi / 08.02.2023 17:25
Jurnalistin “Həyat hekayəsi” bu gün Baku Tv-nin efirində – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.02.2023 20:07
Heydər Əliyev – Müasir Azərbaycanın memarı
Siyasi, Təhlil / 04.02.2023 17:35
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir – MƏQALƏ
Elm və təhsil, Mədəni / 02.02.2023 13:26
“Ötən illər, itən illər” – Vaqif Kərim yaradıcılığının yeni nümunəsi - FOTO
Gündəm, Siyasi, Təhlil / 31.01.2023 11:00
Yolumuz Qərbi Azərbaycanadır – SÜJET
Gündəm, Maraqlı, Siyasi / 30.01.2023 23:54
“Qatarlarla sərvəti daşınan Qərbi Azərbaycan” - VİDEO