Qərbi Azərbaycanlıları son anda xilas edən möcüzə - VİDEO
Baku Tv-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı martın 1-də efirə gedib.
Bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş 91 yaşlı Novruz İsmayılovun həyat hekayəsinə həsr olunub.
O, 1932-cı ildə Göyçə mahalının Basar Keçər (Vardenis) rayonunun Nərimanlı kəndində doğulub, 1988-ci ilin dekabrında ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb. N.İsmayılov kəndin ən yaşlı nümayəndəsi kimi, Qərbi Azərbaycanda ata-babalarımızın başına gətirilən müsibətlərdən, ermənilərin törətdiyi faciələrdən danışıb, Göyçə ilə bağlı yaddaşına hopan xatirələrini bölüşüb.
El ağsaqqalı ermənilərin Göyçəyə gəlişindən, tarixi-dini abidələri dağıtmasından bəhs edib, yaşadığı Nərimanlı kəndində daşnakların törətdiyi hadisələrdən, eləcə də şahidi olduğu, üzləşdiyi erməni düşmənçiliyindən danışıb.
N.İsmayılov hər zaman azərbaycanlıların dayağı olan Heydər Əliyevə ermənilərin bəslədiyi kin-küdurətdən söz açıb, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Vətən həsrəti ilə yaşayan insanlarda ümid yaratdığını söyləyib.
Oxu.az verilişi təqdim edir: