“Dağları aşarkən: Qərbi Azərbaycana qayıdış” – İCTİMAİ DİNLƏMƏ
Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.
Rakus.az xəbər verir ki, parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə baş tutan dinləmədə komitə sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Xələf Xələfov, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatları, QHT sədrləri və digərləri iştirak ediblər.
İctimai dinləmə zamanı Qərbi Azərbaycana qayıdış üçün müxtəlif yol xəritələrinin hazırlanması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, həmçinin qərbi azərbaycanlıların deportasiyası və bu kimi bir çox məsələlərlə əlaqədar müzakirələr aparılıb.
Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr aparılır.
Rakus.az “Report”a istinadən xəbər verir ki, tədbir parlamentinin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə keçirilir.
Toplantıda deputatlarla yanaşı Qərbi Azərbaycan İcmasının nümayəndələri də iştirak edirlər.
Deputatlar və müzakirələrə dəvət olunanlar Qərbi Azərbaycana dinc və hüquqi qayıdışla bağlı fikirlərini bildirir, təkliflər irəli sürürlər.