Elm və təhsil 16.03.2023 09:19

Deyinən qocanın “yalanlar məmləkəti”ndə ədalət axtarışı…

Yol kənarında dayanacaqda eşitdiyim ifadə mənə pis təsir etmişdi. Yaşlı bir insan “bura yalanlar məmləkətidir, gərək aldadasan. Yoxsa sən aldanacaqsan” deyərək deyinə-deyinə gedirdi. Bu sözlər məni çox düşündürdü. Gəldiyim nəticə fərqli olsa da, məncə, deyilənlər qəbul etmədiyimiz, amma çoxdan gedən mübarizənin etirafı idi.

Uşaq olarkən nənə və babaların danışdığı nağıllardan eşitdiyim qədim dövrün adamlarını daim bugünkü insanlarla, uşaqları isə özümlə ilə müqayisə etmişəm. Şərq nağılındakı qəhrəman obrazları kimi davranmaq maraqlı idi, yəni düşüncə ilə oyun oynamaq fərqlilik hiss etdirirdi. Məktəbdə oxuduğumuz kitablardakı müsbət və mənfi personajlar daha başqa təsəvvür yaradırdı. Film qəhrəmanları isə tamam başqa yanaşmanı təbliğ edirdi. Düzgünlük, ədalət, fayda vermək hər bir halda əsas amil idi. Yəni cəmiyyətdə ümuminin maraqları üçün çalışmaq və çarpışmaq əsas götürülürdü.

Bu günün hər hansı bir qəhrəman obrazı və onun təlqin etdiyi dəyər yeni təfəkkürlü bir gənci ümumi maraqlardan çox öz daxilindəki mənliyinin dərk etməyə, özünü önə çəkməyə çağırır. Filankəs bu addımı atdı məşhur oldu, filankəs filan sözü dedi tanınmış oldu deyərək yaranmış qrup təfəkkürü hər keçən gün bizi fərdi düşüncə tərəfdarları ilə üz-üzə qoyur. Məsələn, çalışdığım bir neçə iş yerində özünü kollektivdən üstün tutan, digərlərin fikrinə, təcrübəsinə hörmətsizlik edən nə qədər insanla rastlaşmışam. Rəhbərliyin də belə əməkdaşla eyni fikir sahibi olması isə komandanın ümumi işini heçə endirə bilər. Belə hallar işçilər arasındakı birliyi hər zaman dağıdır, tədricən rəqabət anlayışı bir-birinə qarşı münasibət anlayışına çevirir, məsuliyyəti bölüşmək deyil, dağıtmağa gətirib çıxarırdı.

Kimsə öz növbəsinə digərinin girməsinə göz yummasa da, amma qarşıdakı şəxs bu növbəliliyi pozmağa şərait yaradırsa, deməli növbə anlayışı məhv olur. Deyək, bir gənc öz ömrünü düzgünlük, ləyaqət, ədalət prinsiplərində görərək addım atmağa çalışır. Di gəl, qarşı tərəfdən tamahına düşkün birinə edilən təklif bütün prinsipləri alt-üst edərək ideal dəyərlərin təməlini sarsıdacaq. Bu gün internetdə hər kəsə təklif olunan iştirakçılıq mövqeyi insanları çaş-baş salıb, oriyentasiyasını itirməyinə münbit şərait yaradıb.

Savadından asılı olmayaraq hər kəsin özünü ifadə etmək hüququ olan məkanda doğrunu, dürüstlüyü, ədalət anlayışını necə təyin edə bilərik? Yəqin problemin həlli nizamlılığın təmin edilməsinə bağlı olmalıdır. Faydalı vərdişləri formalaşdırmaqla həyatı daha nizamlı qurmaq olar. Misal üçün deyim ki, yeniyetmə çağında babam məni təsərrüfat işini sistemli öyrədib. Nəyi necə etmək olar, görülən işdən sonra alətlər yerinə necə yığılmalı, əkin üçün nələri bilməli və başqa vərdişlərlə yaratmağı, dəyər formalaşdırmağı şüuraltı təlqin edirdi.

Günümüzdə isə nəsə bir nizam formalaşdıra bilmirik, çünki gələcəyin valideyni olacaq müasir insanın beynində söykənə biləcəyi prinsip filan yoxdur. Niyə dilimizi yadırğayırıq? Çünki öz qurduğumuz nədir ona baxmalıyıq. Niyə rifah zəifləyir? Çünki öz yaratdığımız, əziyyətini çəkdiyimiz nəsnələr kifayət etmir. Bir sözlə nağıllardakı milli-mental dəyərləri möhkəmləndirəcək vasitə azdır. Buna görə cəmiyyətdə növbə pozulur, rüşvət və tamah artır. Ancaq o deyinə-deyinə danışan qocanı da anlamağa çalışmıram.

Məncə, gedilən yola hörmət önəmlidir. Əgər ədalət, faydalılıq, düzgünlük təfəkkürünün təsiri ilə formalaşan nəsil fərdiyyətçilik düşüncəsi ilə yaşayan gəncliyə uyğunlaşmağa məhkumdursa, gələcəkdə hansısa birinin qarşıdurma nəticəsində məhv olacağı da mümkündür. Problem çox dərinləşib.
Kimin sağ qalacağı, kimin sıradan çıxacağını isə zaman göstərəcək…

Gündüz Sadıqov

XƏBƏR LENTİ
Səhiyyə / 16.03.2023 10:31
Azərbaycanlı alimin Almaniyada yeni elmi tədqiqatı, növbəti beynəlxalq uğuru
Elm və təhsil, Mətbuat / 16.03.2023 09:19
Deyinən qocanın “yalanlar məmləkəti”ndə ədalət axtarışı…
Gündəm, Siyasi / 15.03.2023 10:09
Hors faciəsi – kənd camaatını anbara yığıb neftlə yandırıblar - FOTO - VİDEO
Gündəm, Hadisə, Mətbuat / 14.03.2023 21:50
Ermənilər azərbaycanlıların pulu ilə silahlanırdı: Qərbi Azərbaycan xronikası - VİDEO
Gündəm, Siyasi / 14.03.2023 18:31
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Mədəni / 14.03.2023 11:14
Azərbaycanda İlaxır-Torpaq çərşənbəsi qeyd olunur
Siyasi / 08.03.2023 23:08
Ermənistanın əməl etmədiyi şərt – Qərbi Azərbaycan xronikası - VİDEO
Gündəm, Müsahibə / 08.03.2023 22:54
Paytaxt İrəvan yox, Gümrü olacaqdı – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Müsahibə, Siyasi / 08.03.2023 15:46
Qərbi Azərbaycan Xronikası: İrəvanın paytaxt olması üçün Türkiyəyə təzyiq edilib– ANONS - VİDEO
Mədəni / 07.03.2023 11:31
Qoşqar Vəli yazır: “Yel – su, torpaq və odun hərəkətverici qüvvəsidir”
Gündəm, Mətbuat / 06.03.2023 13:42
Pakistan mediasında ulu öndər Heydər Əliyev ilə bağlı məqalə dərc olunub - FOTO
Gündəm, Siyasi / 03.03.2023 17:07
Nikol Paşinyana sərt cavab: “Etnik təmizləmə insanlıq əleyhinə cinayətdir”
Gündəm, Siyasi / 03.03.2023 14:45
“Dağları aşarkən: Qərbi Azərbaycana qayıdış” – İCTİMAİ DİNLƏMƏ
Müsahibə, Siyasi / 02.03.2023 09:47
“Əlinizə düşən müsəlmanı öldürün” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 01.03.2023 22:10
Qərbi Azərbaycanlıları son anda xilas edən möcüzə - VİDEO
Gündəm, Siyasi / 01.03.2023 19:21
Qərbi Azərbaycan Xronikası: 91 yaşlı sakin Göyçəyə ayaqyalın getmək istəyir – ANONS - VİDEO
Mətbuat / 01.03.2023 11:06
Media.az 5 illiyini qeyd edir
Mədəni / 28.02.2023 10:31
Qoşqar Vəli yazır: “Od çərşənbəsinə atəşpərəstlikdən əvvəl təmizləyici varlıq kimi yanaşılıb”
Mətbuat / 27.02.2023 07:46
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur – MƏQALƏ
Gündəm / 26.02.2023 11:00
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib – RƏSMİ - FOTO
Gündəm, Siyasi / 26.02.2023 10:06
Xocalı soyqırımından 31 il ötür – ACI TARİX - FOTO
Mədəni, Sosial / 25.02.2023 17:21
“Şərəfli ömür sürənlər həmişə şərafətli olar”
Dünya, Maraqlı / 25.02.2023 06:01
Qərbi Azərbaycanın erməniləşdirilmə tarixi - VİDEO
Gündəm, Siyasi / 24.02.2023 21:10
Soyqırıma məruz qalan toponimlər – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Siyasi / 24.02.2023 15:59
Qərbi Azərbaycan Xronikası: Soyqırıma məruz qalan toponimlərimiz – ANONS - VİDEO
Elm və təhsil / 21.02.2023 17:00
Magistraturaya qəbul üçün 100 bal topladı və ölkə birincisi oldu