Gündəm 14.04.2023 11:43

Rəsmi İrəvan Avropa İttifaqı missiyasının “qoruyucu çətiri”ndən sui-istifadə edir – MÖVQE

“Dünən axşam saatlarında Ermənistan Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış silahlı təxribat həyata keçirmişdir”.

Rakus.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini  Əli Hüseynli YAP.ORG.AZ-a bildirib.

O deyib ki, insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlamışdır: “Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə intensiv atəşə tutmuşdur. Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyanın hadisə yerində olması onu göstərir ki, bu təxribata ciddi hazırlıq görülüb. Maraqlı məqamlardan biri də budur ki, düşmən ordusu ilk dəfə bu döyüşdə İranın onlara hədiyyə etdiyi PUA-ları sınaqdan çıxarıb.

Ordumuzun bölmələri tərəfindən dərhal adekvat cavab tədbirləri görülmüş, düşmən tərəf xeyli sayda itki verərək postlarını qoyub qaçmışdır. Təəssüf ki, qanlı təxribat nəticəsində şəhid və yaralılarımız var.

Öncə onu qeyd edək ki, demarkasıya və delimitasiya prosesləri keçirilmədən erməni tərəfinin Azərbaycan ərazisini özününkü hesab edərək burada hər hansı bir hərəkəti beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu baxımdan mövqelərimizə silahlı hücum  Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi dəyərləndirilməlidir.

Beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda, ABŞ-nin dövlət katibi E.Blinkenin təşəbbüsü ilə may ayında Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün planlaşdırıldığı bir zamanda Ermənistanın siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunan bu kimi hərbi təxribatları eyni zamanda regional sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Nikol Paşinyan hökuməti isə bu reallığı dərk etmək istəmir. Rəsmi İrəvan Avropa İttifaqı missiyasının “qoruyucu çətiri”ndən sui-istifadə edərək, riyakarcasına döyüşlərin guya Ermənistan ərazisində getdiyini bütün dünyaya car çəkərək Azərbaycan tərəfini günahkar kimi təqdim etməklə sülh danışıqlarını ləngitməyə çalışır. Ona görə də təxribata və hər iki tərəfdən olan itkilərə, bütövlükdə isə sülh prosesinin pozulmasına görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO