Gündəm 16.04.2023 13:10

Başını uca tutmağa tam mənəvi haqqın var, JURNALİST ADAM

Dahi Məhəmməd Fizuli “Hədiqətüs- süəda” əsərində şəhidliyin bədii-metaforik rəmzini vermişdir.

Şəhidlik missiyası Vətən, Xalq və Millət uğrunda gedən savaşlar, eləcədə istiqlal mübarizəsi ilə sıx bağlı olmuşdur.

Şəhidlik – qəhrəmanlıqdır. Qəhrəmanlıq isə döyüşdə irəliyə gedərək, sonadək vuruşub dönməməkdir.

Milli şüurumuzun, azadlıq düşüncələrimizin dərin qatlarına gedib çıxan Azərbaycanın müstəqilliyi yolu şəhidsiz keçməyib. Bu yol ağır olsada 1990-cı illərdə öz müstəqilliyinə qovuşan Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla uca tutub.

Xalqımıza qarşı XX yüzillikdə törədilən 20 Yanvar və Xocalı soyqırımı bəşər tarixinin dəhşətli faciələrindəndir.

Tanınmış şairimiz Zəlimxan Yaqub demiş:

Nifrətini silah eylə, gəl silahı gözləmə,
Sarıl bu gün inamına, gəl sabahı gözləmə,
Haqqa güvən, nə gədanı, nə də şahı gözləmə,
Ona – buna göz dikənə yoxdu mənim rəğbətim,
Dur ayağa, məmləkətim, qalx ayağa millətim!

Şəhidlərimizin qanı ilə boyadılan 20 Yanvar günü Azərbaycan xalqının Azadlığa, Müstəqilliyə getdiyi yolun təməli oldu. Öz azadlığına qovuşan xalq daha müdhiş müsibətlərlə üzləşməli oldu. SSRİ adlı imperiyadan qopsada əsrlər boyu bu imperiyanın köməyinə arxalanaraq, ərazilərimizi işğal edərək, “Böyük Ermənistan” yaratmaq iddiası ilə erməni faşizmi xalqımıza qarşı elan edilməmiş müharibəyə başladı.

Hələ 1988-ci illərdə İrəvan xanlığı ərazisindən (indiki Ermənistan) ermənilər tərəfindən qovulan 250 min azərbaycanlı müxtəlif yollarla Ana Vətənə pənah gətirdilər. Bu qaçqınlar sırasında bu gün şəhidlik zirvəsində uyuyan jurnalist Məhərrəm İbrahimov da var idi.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci ilin aprel ayının 16-da Qərbi Azərbaycanın  Göyçə mahalının Çəmbərək rayonunun (Krasnoselo) Ardanış kəndində anadan olub.

1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinifinə gedib. Həmin ilin oktyabr ayının sonlarında Ardanış kəndindən qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. N.K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbində (indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb) oxuyub. Daha sonra Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində yerləşən 100 nömrəli orta məktəbin 1 – ci sinifində təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi bitirərək həmin ili Ali İctimai – Siyasi Kollecin yurnalistika fakultəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda ermənilərin basdırdığı minaya düşərək şəhid olub. Azad olunmuş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş Məhərrəm Əli oğlu İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyunda imzaladığı sərəncamla, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Məhərrəm İbrahimovun xatirəsinin əbədiləşdirilməsi üçün Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilmişdir. Yaşadığı ünvanda xatirə lövhəsi və barelyef asılıb.

Bu gün ONUN doğum günüdür. Yaşasaydı 41 yaşını qeyd edəcəkdi. Azərbaycan xalqının bir Vətənpərvər oğulu kimi Sənin qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqın var. 1990-cı ilin qanlı 20 Yanvar gecəsində, Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərlə igid övladı şəhidlik zirvəsinə yüksəlmişdir və onlardan biri də sənsən JURNALİST ADAM!

Sizi – Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizi bir müqəddəs amal birləşdirir: “Təki Vətən yaşasın!”

Vətən təhlükədədirsə bizlərdə şəhidlərimizin yolunu davam etdirərək göz-gözə mübarizə aparacağıq.

O uca şəhidlik zirvəsində doğum günün mübarək!

Vətənin azadlığı uğrunda şəhidliyi ucaldın. Yerin cənnət, ruhun şad olsun MƏHƏRRƏM!

Qoşqar Vəli

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO