Gündəm 18.04.2023 10:02

Başlıbel faciəsindən 30 il ötür

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Rakus.az xəbər verir ki, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri də Başlıbel faciəsidir.

Başlıbel Kəlbəcər rayonunun eyniadlı çayın sahilində yerləşən ucqar və ən böyük dağ kəndlərindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Seyidlər kəndindən gəlmiş ailələr saldığına görə əvvəllər Seyidlər və ya Başlıbel Seyidləri adlanıb. Birinci Qarabağ müharibəsi zamanı Laçın rayonunun işğalından sonra Kəlbəcərin də mühasirə ehtimalları yarandı. 1992-ci ilin aprelin 6-dan 7-nə keçən gecə Ağdaban kəndinin yandırılması, 30-dan artıq dinc insanın qətlə yetirilməsi onu göstərirdi ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində hücumları bir qədər intensivləşəcək. Belə də oldu.  Heç kim inanmırdı ki, Kəlbəcər işğal oluna bilər. Ancaq bu oldu və Kəlbəcər rayonu 1993-cü ildə işğal edildi. Vandal erməni hərbi birləşmələrinin vəhşiliyinə məruz qalan Başlıbel kəndində baş verənlər dəhşətli hadisələr də həmin tarixə təsadüf edir.

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Onların bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Kənd sakinlərindən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Lakin onlar cəmi 18 gün gizlənə bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı yerləri tapıb onların üzərinə silahlı hücuma keçdilər. Kənddən bir qədər yuxarıda yerləşən kahalara sığınan sakinlərə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürüldü, 18 nəfər isə qətlə yetirildi. Sağ qalan 30 nəfər sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib. O, bugünədək itkin sayılır və barəsində hər hansı məlumat yoxdur. Vəhşi, barbar ermənilər Başlıbel kəndini işğal edərkən hər zamankı kimi qəddarlıqlarından əl çəkməyiblər. II Dünya Müharibəsi iştirakçısı olan kənd sakini Hüseyn Hüseynovu diri-diri yandırıblar. Ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd gün piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçiblər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO