Mətbuat 03.05.2023 10:12

İmdad müəllimin yumor hissi ilə yanaşı, müşahidə qabiliyyəti də güclüdür – SƏRBƏST YAZI

Redaktorlarımdan biri, İmdad Əlizadə “Report” İnformasiya Agentliyində tanıdığım ilk adam olub. Onun hələ adını eşitdiyim, amma üzünü görmədiyim vaxtlarda o zamankı redaktorlarım Anar Bayramoğlunun, Ayyət Əhmədin İmdad müəllim haqqında fikirlərini öyrənmişdim. İkisi də İmdad Əlizadəni çoxdan tanıdıqlarını bildirmiş, haqqında xoş sözlər demişdilər. Onu tanıyan başqa media adamları, ictimi- siyasi şəxslərlə söhbətimdə də İmdad müəllim haqqında həmişə müsbət fikirlər eşitmişəm.
 
 Zamanla məlum oldu ki, bu təəssüratlar təsadüfi deyil. Çünki İmdad Əlizadə peşəkar jurnalist, bacarıqlı redaktor olmaqla yanaşı, həm də zəruri insani keyfiyyətlərin bir çoxuna malikdir. Səbrlidir. Anlayışlıdır. Demək olar, səs tonunu yüksəltdiyini görməmişəm. İnsanı stimullaşdırmağı, həvəsləndirməyi yaxşı bacarır. Görülən işə qiymət verir. Bəzən gərgin iş sonunda əməkdaşlara “çox sağ olun, bu gün əla işlədiz” deməklə növbəti gün də işə həvəslə gəlməyə şərait yaradır. Əlbəttə, çox güman, bunlar həm də onun ixtisasca psixoloq olmasından irəli gəlir.
 Şübhəsiz, iş olan yerdə səhvlər də olur. Xüsusilə bəzən informasiya yağış kimi üstünə yağırsa, tələskənliyə, diqqətsizliyə yol verməyin mümkündür. Sözsüz ki, İmdad müəllim məsul şəxslərdən biri kimi həmin anlarda irad bildirir. Ancaq bu tənqid daha çox tövsiyə xarakterli olur və psixologiya dili ilə desək, bədxassəli yox, məhz xoşxassəli aqressiyaya səbəb olur.
 Tanıyanlar  bilirlər ki, ağlım kəsəndən həm jurnalist, həm müəllim olmaq istəmişəm.
Çünki onların söhbətləri ilə böyüdüyüm babalarımdan biri Əməkdar jurnalistdir. Digər isə uzun illər ali məktəbdə dərs deyib. Onların hər ikisinin yollarını davam etdirmək istəyirdim.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olandan sonra burada gördüyüm mühit, tanıdığım insanlar isə məni sözügedən mühitə bir az da bağladı. Magistratura təhsil pilləsini başa vuranda bir dəfə dediyim kimi, Jurnalistika fakültəsini üçüncü dəfə fəth etmək istədim. Müəllimlərim etimad göstərdi, şərait yarandı. Həmin vaxt birinci redaktorumla- İmdad müəllimlə məsləhətləşdim. Konkret gün və saatda universitetə getmək üçün icazə istədim. “Yox” desə idi, yəqin ki, növbəti dəfə nə özünə, nə də başqa rəhbər şəxsə müraciət edərdim. Lakin icazə verdi. Necə ki, magistraturada oxuduğum vaxt da gedib- gəlməyimə şərait yaradır, “oxuyana dəstək olmaq lazımdı” deyirdi.
 
 Yeri gəlmişkən, qeyd edim ki, İmdad müəllim fakültəmizin doğma adamlarından birinə çevrilib. Bir neçə dəfə dərsdə qonağımız olub. Eyni zamanda həm də tələbələrimizə – bəlkə, üzünü görmədiyi, səsini isə ilk dəfə eşitdiyi şəxslərə. Çünki İmdad Əlizadə təmənnasız kömək edənlərdəndir.
 Dünən dördüncü kursda oxuyan tələbələrimizdən birinin diplom işinin ilkin müzakirəsi idi. “Report” İnformasiya Agentliyini başqa bir media orqanı ilə müqayisə etmiş, konkret statistikalar ortaya qoymuşdu. Diplom işi kifayət qədər dolğun idi. Hər kəs- müzakirədə iştirak edən bütün professor – müəllim heyəti bəyəndi. Tələbəmiz maksimum balla qiymətləndirildi. Yəni 50 bal aldı. İlkin müdafiədən sonra sevinclə mənə yaxınlaşdı, “Çox sağ olun” dedi. “İmdad müəllimə təşəkkür elə, mən heç nə etməmişəm” deyəndə belə cavab verdi:
 
– Danışırıq. Çox kömək elədi. Allah ondan razı olsun. 
İkiqat sevindim, ikiqat fərəhləndim: İmdad müəllim sözümü yerə salmayaraq əlindən gələni etmiş, diplomçumuz isə yaxşı çalışmışdı.
 
İmdad müəllimin yumor hissi ilə yanaşı, müşahidə qabiliyyəti də güclüdür. Bəzən elə bir zarafat edir ki, gərgin mühit dərhal aradan qalxır, hər kəs gülür. O, mimikadan, jestdən, səs tonundan qarşısındakı insanın əslində nə demək istədiyini anlaya bilir. 
Bu gün İmdad müəllimin- ondan həm də öyrənməkdə olduğum redaktorlarımdan birinin doğum günüdür. Ad gününüz mübarək, İmdad müəllim.
 
P.S: Adətən mənə etimad göstərən, dəstək olan insanların, o cümlədən müəllimlərimin, rəhbər işçilərimin inamını doğrultmağa çalışıram. Sizin də etimadınızı doğrultmağa söz verirəm.
 
Kənan Novruzov

XƏBƏR LENTİ
Gündəm, Hadisə, Video müsahibə / 03.05.2023 19:40
Erməni alimini etirafa məcbur edən kəllə sümüyü - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 03.05.2023 16:00
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Mətbuat / 03.05.2023 10:12
İmdad müəllimin yumor hissi ilə yanaşı, müşahidə qabiliyyəti də güclüdür – SƏRBƏST YAZI
Maraqlı, Siyasi / 02.05.2023 09:13
Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir - VİDEO
Maraqlı, Siyasi, Video müsahibə / 01.05.2023 19:40
Ermənilər bu kəndi yerlə-yeksan edib Zvartnots aeroportu tikdilər - FOTO - VİDEO
Gündəm / 01.05.2023 17:01
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Gündəm / 01.05.2023 16:33
Fransanın Ermənistanı müdafiə etməsi mənasını itirir – TƏHLİL
Mətbuat, Səhiyyə / 28.04.2023 15:51
Zərifə Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarındandır
Gündəm / 28.04.2023 10:10
İlham Əliyev akademik Zərifə Əliyevanın məzarını ziyarət edib - FOTO
Gündəm, Hadisə / 28.04.2023 09:28
Bu gün 28 aprel istilasından 103 il ötür - FOTO
Gündəm, Səhiyyə, Video müsahibə / 28.04.2023 08:00
Akademik Zərifə Əliyevanın doğum günüdür - VİDEO
Dünya, Mətbuat / 27.04.2023 10:55
Erməni kilsəsi öz qadınlarından necə istifadə edib? - VİDEO
Gündəm, Maraqlı, Siyasi, Video müsahibə / 26.04.2023 22:21
Rus əsgərlərinə məqsədli şəkildə erməni qızları təklif edilib - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 26.04.2023 18:30
Azərbaycan-İsrail münasibətləri rəsmi İrəvan və Tehranda narahatlıq yaradır – TƏHLİL
Gündəm / 26.04.2023 17:07
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Təhlil / 25.04.2023 17:51
İrandakı saxtakarlığın mənbəyi – “Balıq başdan iylənər” – TƏHLİL - FOTO
Siyasi / 25.04.2023 10:43
Əli Hüseynli: “Tezliklə bütün Qarabağ üzərində rəsmi Bakının nəzarəti təmin olunacaq”
Siyasi / 20.04.2023 13:20
Əziz Ələkbərli: “Ermənilər zəncirdən azad olmuş qullardır”
Dünya, İqtisadi / 20.04.2023 09:08
Qərbi Azərbaycanda “Çernobıl planı” - FOTO - VİDEO
Siyasi / 19.04.2023 20:41
İyirmi ölkədə soyqırımı törədən Fransanın Ermənistan bənzərliyi – VİDEO
Gündəm, Siyasi / 19.04.2023 19:12
“Heydər Əliyev və Azərbaycanda miilli intibah dövrü” – KONFRANS - FOTO
Siyasi, Təhlil / 19.04.2023 18:52
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Siyasi / 18.04.2023 17:22
“Son 35 ildə Azərbaycanın tarixi torpaqlarında infrastruktur dağıdılıb” – İcma sədri
Hadisə, Təhlil / 18.04.2023 16:57
Erməni zülmü hələ sovet dövründən başlamışdı – BAŞLIBEL QIRĞINI - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 18.04.2023 12:17
Əsgər ömrü yaşayan JURNALİST - FOTO - VİDEO
Gündəm / 18.04.2023 10:02
Başlıbel faciəsindən 30 il ötür