Maraqlı 08.05.2023 19:28

“Biz tarixi torpaqlarımızı məcburiyyət qarşısında tərk etdik” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev müsahibəsində doğulduğu və uşaqlığının keçdiyi Göyçə mahalında üzləşdikləri çətinliklərdən söhbət açıb.

O, 1988-ci ildə ailəsi ilə birlikdə Basarkeçər rayonunun Nərimanlı kəndindən məcburən çıxarıldıqlarını, əvvəlcə Kəlbəcər rayonuna, sonra isə Gəncə şəhərində məskunlaşdıqlarını və uşaqlıq dövründə yaşadığı deportasiyanın ağır olduğunu bildirib.

Onun sözlərinə görə, erməni həkimlər azərbaycanlıların ölümünə səbəb olur,  soydaşlarımızla kobud rəftar edirdilər: “Biz tarixi torpaqlarımızı məcburiyyət qarşısında qalaraq tərk etdik. Əgər o dövrlərdə Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı, xalqımız nə deportasiyanı yaşayar, nə də sonrakı faciələrlə üzləşərdi”.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı azad etməsindən, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasından söhbət açan N.Həmzəyev deyib ki, gün gələcək Qərbi azərbaycanlılar da öz vətənlərinə qayıdacaqlar: “Çünki bu, soydaşlarımızın qanuni haqqıdır”.

O, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə böyük işlər gördüyünü diqqətə çatdırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 8-də saat 19:37-də Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

XƏBƏR LENTİ
Maraqlı, Video müsahibə / 08.05.2023 19:28
“Biz tarixi torpaqlarımızı məcburiyyət qarşısında tərk etdik” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 08.05.2023 15:10
Qərbi Azərbaycan Xronikası – ANONS
Dünya, Siyasi, Video müsahibə / 05.05.2023 19:35
Türk torpağı Abaranın tarixi necə dəyişdirildi? - FOTO - VİDEO
Dünya, Təhlil / 05.05.2023 17:34
Sülh sazişi – Cənubi Qafqazda maraqları olan gücləri razı salacaqmı? – TƏHLİL - FOTO
Gündəm, Maraqlı / 05.05.2023 14:01
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Təhlil / 04.05.2023 18:17
PUA hücumunun sirri – Putinin həyatına sui-qəsd, yoxsa terror cəhdi? – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 04.05.2023 16:54
Erməni qəbiristanlığında xristian əcdadlarımız yatırmış - VİDEO
Gündəm, Hadisə, Video müsahibə / 03.05.2023 19:40
Erməni alimini etirafa məcbur edən kəllə sümüyü - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 03.05.2023 16:00
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Mətbuat / 03.05.2023 10:12
İmdad müəllimin yumor hissi ilə yanaşı, müşahidə qabiliyyəti də güclüdür – SƏRBƏST YAZI
Maraqlı, Siyasi / 02.05.2023 09:13
Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir - VİDEO
Maraqlı, Siyasi, Video müsahibə / 01.05.2023 19:40
Ermənilər bu kəndi yerlə-yeksan edib Zvartnots aeroportu tikdilər - FOTO - VİDEO
Gündəm / 01.05.2023 17:01
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Gündəm / 01.05.2023 16:33
Fransanın Ermənistanı müdafiə etməsi mənasını itirir – TƏHLİL
Mətbuat, Səhiyyə / 28.04.2023 15:51
Zərifə Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarındandır
Gündəm / 28.04.2023 10:10
İlham Əliyev akademik Zərifə Əliyevanın məzarını ziyarət edib - FOTO
Gündəm, Hadisə / 28.04.2023 09:28
Bu gün 28 aprel istilasından 103 il ötür - FOTO
Gündəm, Səhiyyə, Video müsahibə / 28.04.2023 08:00
Akademik Zərifə Əliyevanın doğum günüdür - VİDEO
Dünya, Mətbuat / 27.04.2023 10:55
Erməni kilsəsi öz qadınlarından necə istifadə edib? - VİDEO
Gündəm, Maraqlı, Siyasi, Video müsahibə / 26.04.2023 22:21
Rus əsgərlərinə məqsədli şəkildə erməni qızları təklif edilib - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 26.04.2023 18:30
Azərbaycan-İsrail münasibətləri rəsmi İrəvan və Tehranda narahatlıq yaradır – TƏHLİL
Gündəm / 26.04.2023 17:07
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Təhlil / 25.04.2023 17:51
İrandakı saxtakarlığın mənbəyi – “Balıq başdan iylənər” – TƏHLİL - FOTO
Siyasi / 25.04.2023 10:43
Əli Hüseynli: “Tezliklə bütün Qarabağ üzərində rəsmi Bakının nəzarəti təmin olunacaq”
Siyasi / 20.04.2023 13:20
Əziz Ələkbərli: “Ermənilər zəncirdən azad olmuş qullardır”
Dünya, İqtisadi / 20.04.2023 09:08
Qərbi Azərbaycanda “Çernobıl planı” - FOTO - VİDEO