Hərbi 02.06.2023 15:15

Vətənpərvər böyüyən şagirdlər şəhid jurnalisti andılar - FOTO - VİDEO

Jurnalist Məhərrəm İbrahimovun şəhid olmasının ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Rakus.az “Report”a istinadla xəbər verir ki, şəhidin vaxtilə təhsil aldığı Binəqədi rayonu şəhid Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə Arzu Bəkirovanın təşkilatçılığı ilə baş tutan mərasimdə məktəbin müəllim və şagird kollektivi, M.İbrahimovun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra məktəbin şagirdləri M.İbrahimovun həyat və yaradıcılığı haqqında məlumat verib, xatirəsinə şeirlər söyləyiblər, vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Məktəbin İbtidai siniflər üzrə direktor müavini Kəmalə Hacıyeva çıxışında bildirib ki, təhsil ocağının rəhbərliyi şəhid məzununun xatirəsini daim əziz tutur: “Şəhid jurnalistin xatirəsinə bir sıra silsilə tədbirlər keçiririk. Məktəbimizin siniflərindən birinə Məhərrəmin adı verilib”.

Şəhidin qardaşı jurnalist Əsgər İbrahimov tədbirin təşkilinə görə minnətdarlığını bildirərək, mərasimin M.İbrahimovun xatirəsinə dərin ehtiramın təzahürü olduğunu söyləyib.

O, məktəb rəhbərliyinin, müəllim və şagirdlərin zəhmətini yüksək qiymətləndirərək, məktəblilərin vətənpərvərlik ruhunda böyüdülməsi, şəhid qəhrəmanların yaşadılması baxımından belə tədbirlərin əhəmiyyətli olduğunu deyib.

Ə.İbrahimov ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şərəfli döyüş yolunun işıqlandırılması istiqamətlərində çoxşaxəli işlərin görüldüyünü, bunun təhsil müəssisələrini də əhatə etdiyini, məktəbdə şəhid ailələrinin üzvləri ilə vətənpərvərlik mövzusunda müntəzəm tədbirlərin keçirilməsinin müsbət bir ənənəyə çevrildiyini diqqətə çatdırıb.

Ə.İbrahimov bu gün qalib dövlətin vətəndaşları kimi qürur hissi yaşadığımızı vurğulayaraq, yeniyetmə və gənclərə mübariz, şanlı ənənələrin davamçıları kimi yetişməyi arzulayıb.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

XƏBƏR LENTİ
Sosial, Video müsahibə / 07.06.2023 20:41
Dərələyəz mahalı – Etnodemoqrafik dəyişikliklərin qurbanı - FOTO - VİDEO
Siyasi / 07.06.2023 17:34
Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - FOTO
Siyasi / 07.06.2023 14:53
Ermənilərin Dərələyəz mahalına köçürülməsinin sirri – ANONS
Mədəni / 06.06.2023 20:41
Üçkilsədən yadigar qalan xalçalar – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Təhlil / 06.06.2023 16:01
Yelisey sarayının “Dirçəliş” əməliyyatı- xaricdə yoxsullara qarşı müharibə -TƏHLİL
İqtisadi / 06.06.2023 11:34
“Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşib”- Əli Hüseynli
Müsahibə, Video müsahibə / 05.06.2023 21:08
Deportasiyalar azərbaycanlılara çox böyük zərbələr vurdu - FOTO - VİDEO
Mətbuat / 05.06.2023 10:00
Ölümü ilə yenidən doğulan Məhərrəm İbrahimov
Hərbi, Mətbuat / 04.06.2023 16:46
Baba və nəvənin oxşar həyat hekayəsi – Məhərrəm İbrahimovun şəhidlik yolu - VİDEO
Hərbi, Mətbuat / 04.06.2023 13:05
Məhərrəm şəhidliyinin ikinci ilində məzarı önündə anıldı - FOTO
Mətbuat / 04.06.2023 12:42
Onun ömrünün 40-cı qapısı həmişə bağlı qalacaq…- ANIM MƏRASİMİ - FOTO
Təhlil / 04.06.2023 09:55
Mina terroru: 3 versiya və atasız qalan 3 oğul – ŞƏRH
Mətbuat / 04.06.2023 08:00
Jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəhid olmalarından iki il ötür
Maraqlı, Sosial / 02.06.2023 20:50
“Gedib oranın daşını, divarını, torpağını öpərəm…” - FOTO - VİDEO
Gündəm / 02.06.2023 16:03
Güllücə sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi” – ANONS
Hərbi, Mətbuat / 02.06.2023 15:15
Vətənpərvər böyüyən şagirdlər şəhid jurnalisti andılar - FOTO - VİDEO
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS
Mətbuat / 31.05.2023 14:43
Vətən müharibəsi veteranı Səbuhi Məmmədov dünyasını dəyişib - FOTO
Siyasi / 31.05.2023 10:06
Əli Hüseynli: “Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”
Mədəni / 30.05.2023 20:51
Göyçənin ilmələrə köçən sirləri – Qərbi Azərbaycan Xronikası - FOTO
Elm və təhsil / 30.05.2023 13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Dünya, Siyasi / 30.05.2023 10:26
İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL