Hərbi 04.06.2023 16:46

Baba və nəvənin oxşar həyat hekayəsi – Məhərrəm İbrahimovun şəhidlik yolu - VİDEO

Rakus.az xəbər verir ki, bu gün həm də onun adını daşıdığı babasının İkinci Dünya Müharibəsində qəhrəmancasına həlak olmasından 80 il ötür.

Əlbəttə, Məhərrəm İbrahimovun şərəfli, rəşadətli və faciəli ömür yolu özünün adını daşıdığı nəvəsi – şəhid jurnalist adına yazıldı. Hər ikisi 39 yaşında Vətən yolunda haqq dünyasına qovuşdular. Bu, tale acı olsa da, İbrahimovlar ailəsi üçün qürurlu və şərəflidir.

Bu yol bizə Vətəni necə sevməyi, dövlət və dövlətçilik yolunda fəal çalışmağı, vəzifə borcunu ləyaqətlə yerinə yetirməyi, torpaq, Vətən uğrunda necə mübarizə aparmağı və qəhrəmancasına ölməyi öyrədib.

Mayın 9-da II Dünya müharibəsinin başa çatmasının 78-ci ildönümü qeyd olundu. Əlbəttə, vaxtilə bu ailə həmin hadisəni sevincli və müəyyən qədər də kədərli keçirərdi. Sevincli ona görə ki, qələbədə Məhərrəm Vəliyevin də payı var idi. Kədərli ona görə ki, İkinci Dünya Müharibəsində onun “qara kağızı” gəlmişdi.

Məhərrəm Vəliyev 1905-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində (Ermənistan SSR, Krasnoselskiy rayon, Ardanış kəndi) doğulub.

O, cəbhəyə gedərkən böyük qızı Çiçəyin 6 yaşı (1935-ci il təvəllüdlü), böyük oğlu Əlinin 4 yaşı (1937), kiçik oğlu Vəli isə (1941) dünyaya təzəcə göz açıbmış, heç 40 günlüyü çıxmayıbmış. Məhərrəm Vəliyevin həyat yoldaşı Pəri Sadıq qızı Vəliyeva üç azyaşlı övladını çox çətinliklə, sarsılmadan, ac-susuz qoymadan, zəhmətkeşliyi sayəsində böyüdüb. Həyat yoldaşı müharibədə olarkən – 1943-cü ildə qadına “qara kağızı” gəlib.

Həm həyat yoldaşını, həm də 3 övladını itirən hələ sağlığında Pəri Sadıq qızı Vəliyeva 2006-cı ildə 96 yaşında Bakı şəhərində haqq dünyasına qovuşaraq ailəsinin mərd qadın hekayəsinə birdəfəlik son qoyub.

Məhərrəm Vəliyevin “qara kağızı”nı onun ölüm tarixindən 75 il sonra, 2018-ci ildə axtarılır. Sənəd Rusiya Müdafiə Nazirliyinin arxivində tapılıb: “Vəliyev Məhərrəm İbrahim oğlu 1943-cü ildə sentyabrın 2-də Ukraynanın Xarkov şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub”.

Amma kaş bu məlumat onun üç övladı sağ olarkən tapılaydı, onlar sevinərdilər, heç olmasa gedib atalarının qəbrini ziyarət edəydilər. Bu, qismət olmadı və oğulları Əli İbrahimov 2000-ci ildə 63 yaşında, Vəli Vəliyev 1992-ci ildə 51 yaşında, qızı Çiçək Vəliyeva 2005-ci ildə 70 yaşında dünyadan köçdülər.

Məhərrəm İbrahimov adını daşıdığı babası haqqında bu məlumatı eşidəndə çox sevinmişdi və babasının məzarını ziyarət etməyi düşünürdü. Hardan biləydi ki, o da bu taleyi yaşayacaq, Vətən müharibəsinə cəlb olunan, döyüşlərdə iştirak edən, cəbhə xəttinə göndərilən və vəzifə öhdəliklərini yerinə yetirərkən şəhidlik zirvəsində yüksələn gizli qəhrəmanlardan olacaq.

Vətən müharibəsinin başladığı ilk günlərdən düşmənin hələ işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan və bu çətin missiyanı uğurla icra edən jurnalistlər təkcə qələmləri ilə deyil, həm də əllərində silah torpaqlarımızın müdafiəsinə qalxmışdılar.

Məhərrəm də növbəti dəfə xidməti vəzifəsini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuşdu. Təxminən, 10 gün olardı ailəsi ilə vidalaşıb getmişdi. Telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsindən bir neçə dəqiqə əvvəl həyat yoldaşı və bacısı ilə telefonla danışmışdı. Kim bilərdi ki, bu onun son səsi, son danışığı olacaq.

O dəhşətli partlayış 2021-ci il iyunun 4-də səhər saat 11 radələrində baş verdi və xəbər qısa müddətdə dünyaya yayıldı: “AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV telekanalının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək şəhid olublar”.

Bəli, bu da 39 illik ömrün dramatik sonu – özləri tikə-tikə, qələmləri və kameraları çilik-çilik oldu. Ataların dediyi kimi, onlar 40 ildə meydana gələn igidlərdən oldular. Vətən uğrunda qan, dostları uğrunda göz yaşı, ailələri uğrunda tər tökdülər!

Bununla da işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Qubadlı rayonlarını kənd-kənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev lentə alıb erməni quldurlarının törətdiyi vandallığı tarixin yaddaşına çevirənlər faciəli “Həyat hekayə”si ilə yaddaşlarda qaldılar.

Yeriniz cənnət, ruhunuz şad olsun, əziz şəhidlər!

 

 

XƏBƏR LENTİ
Müsahibə, Video müsahibə / 05.06.2023 21:08
Deportasiyalar azərbaycanlılara çox böyük zərbələr vurdu - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2023 16:46
Baba və nəvənin oxşar həyat hekayəsi – Məhərrəm İbrahimovun şəhidlik yolu - VİDEO
Hərbi, Mətbuat / 04.06.2023 13:05
Məhərrəm şəhidliyinin ikinci ilində məzarı önündə anıldı - FOTO
Təhlil / 04.06.2023 09:55
Mina terroru: 3 versiya və atasız qalan 3 oğul – ŞƏRH
Mətbuat / 04.06.2023 08:00
Jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəhid olmalarından iki il ötür
Maraqlı, Sosial / 02.06.2023 20:50
“Gedib oranın daşını, divarını, torpağını öpərəm…” - FOTO - VİDEO
Gündəm / 02.06.2023 16:03
Güllücə sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi” – ANONS
Hərbi, Mətbuat / 02.06.2023 15:15
Vətənpərvər böyüyən şagirdlər şəhid jurnalisti andılar - FOTO - VİDEO
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS
Mətbuat / 31.05.2023 14:43
Vətən müharibəsi veteranı Səbuhi Məmmədov dünyasını dəyişib - FOTO
Siyasi / 31.05.2023 10:06
Əli Hüseynli: “Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”
Mədəni / 30.05.2023 20:51
Göyçənin ilmələrə köçən sirləri – Qərbi Azərbaycan Xronikası - FOTO
Elm və təhsil / 30.05.2023 13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Dünya, Siyasi / 30.05.2023 10:26
İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL
Sosial, Video müsahibə / 29.05.2023 20:38
Ermənilərin qolunu qıran millət vəkili – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Siyasi / 28.05.2023 16:01
Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO
Gündəm / 28.05.2023 09:00
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Təhlil / 27.05.2023 12:05
Qarabağın Azərbaycanın tərkib hissəsi – İrəvanın reallığı qəbul etməsi – TƏHLİL - FOTO
Maraqlı, Video müsahibə / 26.05.2023 21:07
Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib - FOTO - VİDEO
Maraqlı / 26.05.2023 13:35
Ailəsi 3 dəfə deportasiya olunub, özü isə qatarda dünyay göz açıb – ANONS
Dünya, Təhlil / 26.05.2023 12:04
Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL
Dünya, Gündəm, Video müsahibə / 25.05.2023 21:05
Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO