Gündəm 09.06.2023 16:12

Cənubi Qafqazın taleyi Türkiyə-Azərbaycan müttəfiqliyi əsasında Şuşada möhürlənib – deputat

“İki il bundan öncə Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir”.Rakus.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin yap.org.az-da dərc olunan məqaləsində bildirilir.

Onun yazdığına görə, bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur: “Əvvəla, Bəyannamənin məhz  Şuşa  şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz  Azərbaycanın əzəli tarixi  ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.

Sənədin imzalanma mərasiminin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun – Milli Qurtuluş günündə təsadüf etməsi də rəmzi məna daşıyır və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.

Başqa sözlə, məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi, bütün istiqamətlərdə iki qardaş ölkə arasındaki münasibətlər daha yüksək müstəvidə de-yure olaraq qərarlaşdı və bu, münasibətlərin inkişaf istiqaməti dönməz səciyyə aldı. Beləliklə də Şuşa Bəyannaməsi  Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinin və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi  “İki dövlət, bir millət” düsturunun tarixi təcəssümünə çevrildi. Bu xüsusda  ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin sürətli inkişafı Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mümkün təhlükələrdən etibarlı şəkildə sığortalayan ən vacib faktorlardan biridir.

Türkiyənin Cənubi Qafqaz regionunda söz sahibi olmasını şərtləndirən, Azərbaycanın isə burada liderliyin qoruyub saxlamasına böyük töhfə olan Şuşa Bəyannaməsi hər iki ölkənin bölgədə və beynəlxalq müstəvidə nüfuzunu dəfələrlə artırmış oldu. Bəyannamənin müddəaları Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış, bütövlükdə Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarını ifadə edən və Ermənistanın ərazi iddialarının qarşısına sipər çəkmiş Qars sülh müqaviləsinin mahiyyətinə tam uyğundur. Bu mənada Şuşada imzalanmış sənədin böyük diplomatik uğur olduğu şübhəsizdir. Digər tərəfdən, ölkəmiz  bundan sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bölgədə gedən proseslərə daha fəal təsir imkanı əldə etmişdir. Başqa sözlə, demək olar ki, Cənubi Qafqazın taleyi artıq Türkiyə-Azərbaycan müttəfiqliyi və birgə imzası əsasında Şuşada möhürlənmişdir.

Türkiyənin beynəlxalq miqyasda ardıcıl olaraq həm siyasi səhnədə, həm də hərb meydanında Azərbaycanı dəstəkləməsi böyük mənada türk birliyinə, həm də Azərbaycanın uğurlarına  qısqanclıqla yanaşanlara sanballı ismarıcdır. Qardaş ölkənin Prezidentinin Vətən Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il il dekabrın 10-da Bakıda keçirilən tarixi hərbi Zəfər paradında iştirakı və sonra da Şuşaya, Zəngilana səfərləri böyük türk dünyasına birlik və həmrəylik çağırışı kimi qiymətləndirilməlidir. Öz növbəsində Prezident İlham Əliyev də dost ölkənin çətin günlərində – dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması işində və beynəlxalq səviyyəli siyasi-diplomatik proseslərdə Azərbaycanın hər kəsdən öncə türk xalqının yanında olduğunu nümayiş etdirmişdir.   Şübhəsiz, Şuşa Bəyannaməsi  Avropa, Orta və Şərqi Asiya coğrafi məkanını əhatə edən türkdilli dövlətlər tərəfindən sərgilənən siyasi proseslərə böyük stimul yaradır. Bu baxımdan,  düşünürəm ki, mayın 28-də Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməsi həm də Azərbaycanın qələbəsidir və bu, qarşıya qoyulmuş birgə hədəflərə nail olmaq üçün daha böyük perspektivlər üçün yeni imkanlar açır.

Şuşa Bəyannaməsinin bütün aspektlərdə bir əhəmiyyəti də ondan ibarətdir ki, bu sənəd ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın və onun təmin edilməsi üçün imzalanmış 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatının bütün müddəlarının tam və etibarlı şəkildə həyata keçirilməsinə sanballı dəstəkdir. Bu baxımdan Ermənistanın və onun havadarlarının mane olmağa çalışdıqları Azərbaycan və Türkiyəni birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması məsələsinin Şuşa Bəyannaməsində yer almasını təsadüfi saymaq olmaz.

Digər tərəfdən, sənədin əsas müddəalarından biri kimi, iki qardaş ölkənin liderləri bölgədə sülh və əməkdaşlığa çağırışla sülhsevər  niyyətlərini ilə bir daha rəsmi olaraq ortaya qoymuş oldular.

Qarabağın dirçəldilməsi ilə bağlı proseslər fonunda daha bir önəmli məsələ diqqəti cəlb edir. Şuşa Bəyannaməsi, habelə Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağı və işğaldan azad edilmiş ərazilərin bərpasında türk şirkətlərinin sonadək fəal şəkildə cəlb olunacağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlaması doğma yurd-yuvalarına dönmək üçün zaman gözləyən məcburi köçkünlərə yeni bir ruh yüksəkliyi və həvəs bəxş etdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin rəhbərlərinin ictimaiyyətə açıqladıqları bəyanatlardakı müddəalar və incə məqamlar, habelə ertəsi gün cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında dünyaya ismarıc kimi səslənən və yeni reallıqların tələbləri baxımından ölkələrimiz arasında getdikcə daha sürətlə inkişaf edən qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin dolğun siyasi məzmunu kimi dəyərləndirilən çıxışı bu ümidləri daha da gücləndirdi.

Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah  mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılmışdır.

Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bu tarixi hadisənin xalqlarımızın taleyi üçün böyük dəyər daşıdığını bəyan etmişdir: “Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək!”

XƏBƏR LENTİ
Gündəm / 09.06.2023 16:12
Cənubi Qafqazın taleyi Türkiyə-Azərbaycan müttəfiqliyi əsasında Şuşada möhürlənib – deputat
Maraqlı / 09.06.2023 14:01
“Ermənilərin əlinə qadın kimi düşməmək üçün kişi paltarı geyindim” – ANONS
Təhlil, Video müsahibə / 08.06.2023 20:38
Qərbi azərbaycanlıların qayıdışı – separatizmin bağlanan kitabı - FOTO - VİDEO
Dünya, Siyasi / 08.06.2023 15:04
Ermənistana etimadın yaranmasında Qərbi Azərbaycan amili – ANONS
Dünya, Təhlil / 08.06.2023 10:22
Kaxovka faciəsi – beynəlxalq ekoloji faciə – TƏHLİL
Sosial, Video müsahibə / 07.06.2023 20:41
Dərələyəz mahalı – Etnodemoqrafik dəyişikliklərin qurbanı - FOTO - VİDEO
Siyasi / 07.06.2023 17:34
Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - FOTO
Siyasi / 07.06.2023 14:53
Ermənilərin Dərələyəz mahalına köçürülməsinin sirri – ANONS
Mədəni / 06.06.2023 20:41
Üçkilsədən yadigar qalan xalçalar – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Təhlil / 06.06.2023 16:01
Yelisey sarayının “Dirçəliş” əməliyyatı- xaricdə yoxsullara qarşı müharibə -TƏHLİL
İqtisadi / 06.06.2023 11:34
“Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşib”- Əli Hüseynli
Müsahibə, Video müsahibə / 05.06.2023 21:08
Deportasiyalar azərbaycanlılara çox böyük zərbələr vurdu - FOTO - VİDEO
Mətbuat / 05.06.2023 10:00
Ölümü ilə yenidən doğulan Məhərrəm İbrahimov
Hərbi, Mətbuat / 04.06.2023 16:46
Baba və nəvənin oxşar həyat hekayəsi – Məhərrəm İbrahimovun şəhidlik yolu - VİDEO
Hərbi, Mətbuat / 04.06.2023 13:05
Məhərrəm şəhidliyinin ikinci ilində məzarı önündə anıldı - FOTO
Mətbuat / 04.06.2023 12:42
Onun ömrünün 40-cı qapısı həmişə bağlı qalacaq…- ANIM MƏRASİMİ - FOTO
Təhlil / 04.06.2023 09:55
Mina terroru: 3 versiya və atasız qalan 3 oğul – ŞƏRH
Mətbuat / 04.06.2023 08:00
Jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəhid olmalarından iki il ötür
Maraqlı, Sosial / 02.06.2023 20:50
“Gedib oranın daşını, divarını, torpağını öpərəm…” - FOTO - VİDEO
Gündəm / 02.06.2023 16:03
Güllücə sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi” – ANONS
Hərbi, Mətbuat / 02.06.2023 15:15
Vətənpərvər böyüyən şagirdlər şəhid jurnalisti andılar - FOTO - VİDEO
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS