Sosial 12.06.2023 09:15

İranda artıq “məcburi hicab” mərhələsi bitib – POLİTOLOQ

İran geyim qadağalarına narazılıq davam edir. İran rejimi məsələ ilə bağlı qəti qərar verə bilmir. Xatırladaq ki, ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsi ilə “Əxlaq” polisi tərəfindən öldürülməsi ölkə miqyasında etiraz aksiyalarının başlamasına səbəb olmuşdu. 500-dən çox insanın həyatını itirdiyi və hələ də davam edən nümayişlərdə əhali molla rejiminə etiraz edərək məcburi hicabın ləğvini tələb edir.

Lakin hazırda müşahidə olunan odur ki, baş verənlərdən sonra İranda hicab taxanların sayı azalıb. Rejim geyim azadlığı ilə bağlı islahatlara gedəcəkmi? Yoxsa bu rejimin qırmızı xəttidir?

Bununla bağlı “MediaPost”a açıqlama verən politoloq Sədrəddin Soltan bildirib ki, İranda bu istiqamətdə hicaba əməl edilməsi ilə bağlı qanun layihəsi hazırlanır və bu qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq:

“Parlamentin təsdiqindən sonra layihəni Ali Rəhbərlik İnstitutunda Nəzarət Şurası təsdiqləməlidir, bundan sonra isə qanun qüvvəyə minəcək. Amma hadisələr onu göstərir ki, İran hakimiyyəti artıq bu məsələyə göz yummaqdadır. Rəsmilər bəyan edir ki, bu hadisə dini ideoloji deyil, mədəni hadisədir və bu məsələni mədəni sahəyə aid etməyə çalışırlar. Ona görə də fikrimcə, İranda yaxın perspektivdə olmasa da, tezliklə hicabsızlıq, yaxud yarım hicablılıq məsələsi baş verəcək və bununla da Tehran hakimiyyəti özünü gözlənilən təhlükədən qoruya biləcək”.

Onun sözlərinə görə, İranda artıq “məcburi hicab” mərhələsi bitib:

“Artıq xanımlar bu istiqamətdə qələbə qazandılar. 44 il öncə əldən verdikləri mövqeyi bərpa etdilər. Çünki inqilabın ilk illərində iranlı xanımlar hicaba qarşı çox böyük müqavimət göstərmişdilər. Yeni qəbul ediləcək qanunda hicabın bir sıra mühafizəkar tərəfləri aradan qaldırılacaq. Həmin qanunda, məsələn, cəza vermək, xəbərdarlıq etmək, edam etmək, uzunmüddətli cəza planı nəzərdə tutulmayacaq. Yəni cəmiyyətin artan etirazını azaltmaq üçün İran hakimiyyəti mütləq müəyyən mənada güzəştə getməlidir”.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO